Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:01 | 19 iyul 2017 | Çərşənbə
Məqaləyə 1270 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Maliyyə Nazirliyi İranın raket proqramına dəstək verən və onunla əməkdaşlıq edən 18 fiziki və hüquqi şəxsə sanksiya qoyub.
Yeni sanksiyalar, Amerika prezidenti Donald Tramp hökumətinin İranın nüvə razılaşmasına və onun icrasına nisbi şəkildə sadiq qalması ilə bağlı bəyanatından bir gün sonraya təsadüf edib. Tramp hökuməti bildirib ki, İran nüvə sazişinə sadiq qalsa belə, onun məzmununa tam vəfadar deyil və məhz buna görə də Vaşinqton qeyri-nüvə sahələrində İrana qarşı sanksiyaları genişləndirəcək.
ABŞ Maliyyə Nazirliyinin iyulun 19-da yaydığı bəyanatında İranın ballistik raket proqramına dəstək verdiklərinə görə barələrində sanksiya tətbiq edilən 16 şəxsin, eləcə də «Sepah»ın hava-kosmik qüvvələrinə və «Baqir əl Ulum» araşdırmalar mərkəzinə bağlı 2 təşkilatın da adı var. Siyahıda, «Sepah»ın hərbi sahələrdə ehtiyaclarını, o cümlədən də pilotsuz təyyarələrin avadanlıqlarını təmin edən, «Sepah»ın sürət qayıqlarının istehsalında və təmirində birbaşa iştirak edən üç şəbəkənin də adı öz əksini tapıb.
ABŞ maliyyə naziri Stiven Mnuçin məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Vaşinqton İranın şər xarakterli fəaliyyətinin, o cümlədən də onun beynəlxalq terrorizmə dəstəyini, insan hüquqlarını kobud şəkildə pozmasını və ballistik raket proqramının inkişafını dayandırmaq üçün əlindən gələni edəcək.
Nazir bildirib ki, sanksiyaya məruz qoyulan şəxslərin Amerikadakı bütün əmlak və bank hesablarına həbs qoyularaq Amerika vətəndaşlarının həmin şəxslərlə hər hansı bir sövdələşməsinə qadağa qoyulub.
İranın ballistik raket proqramına dəstək verdiklərinə görə adları ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına daxil edilən bəzi İran vətəndaşları bunlardır: «Sepah»ın «Qüds» qanadı ilə əməkdaşlıq edən «Rayan Rüşd Əfzar» şirkətindən olan Seyid Rza Qasimi, Fərşad Hakimzadə və Möhsün Parsa Cəm. Eləcə də «Acili» şirkətinin 2 üzvü Məhəmmədrza Rzaxah və Məhəmməd Səid Acili.