vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 18 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
Çində «WhatsApp»a senzura qoyulub? 13:08 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 3374 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çində «WhatsApp»a senzura qoyulub?

Səs, şəkil və video ismarışlarını yalnız VPN üzərindən göndərmək mümkündür

MÖVZU İLƏ ƏLAQƏLİ

Çində «WhatsApp» istifadəçiləri xidmətin bəzi funksiyalarının işləmədiyini xəbər verdikdən sonra senzuranın təbiqi ilə bağlı iddialar yaranıb.

Senzura süzgəçini yarmaq üçün səs, şəkil və video ismarışlarını yalnız virtual özəl şəbəkə üzərindən (VPN) göndərmək mümkündür, istifadəçilər bildirir.

Problemlərin yaşandığı barədə ilk xəbərlər bazar günü verilib.

Lakin belə görünür ki, şifrələnmiş mesajlaşma xidməti çərşənbə günü səhər saatlarında normal qaydada işləyib.

Hazırda isə yenidən problemlərin ortaya çıxması barədə xəbərlər daxil olur.

Hakimiyyət mesajlaşma platformasının bloklandığını elan etməyib.

Çin onlayn xidmətlərinə qarşı məhduddiyyətlərin tətbiqi barədə iddiaları rədd edir.

«WhatsApp» hadisəyə münasibət bildirməyib.