İran nə İraq deyil, nə də Əfqanıstan?
Ölkədəki bütün millətlər bir himə bənddirlər
16:23 | 18 iyul 2017 | Çərşənbə axşamı
Məqaləyə 2998 dəfə baxılıb
Şriftin ölçüsü
Ölkədəki bütün millətlər bir himə bənddirlər
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
İranın kommunikasiya və informasiya texnologiyaları üzrə naziri yerli sosial şəbəkələrə üstünlük verdiyini deyib. «Yaxşı material, yerli istehsal olan tətbiqlər və proqramlara dair iranlıların ehtiyaclarını təmin etməyə səy göstəririk. Xarici sosial medianı istifadə edən iranlılarda maraqlı deyilik», - BBC Monitoring Mahmud Vaezidən iqtibas gətirib.
Nazirin sözlərinə görə İran son dörd il ərzində bir çox sosial media platformalarını bloklayıb. Lakin bunun ardınca istifadəçilər dərhal başqa şəbəkələrə keçib.
«Çinin «WeChat»nın bloklanmasından cəmi 24 saat sonra insanlar «WhatsApp»a keçdilər. Bu «WeChat» menecmentilə müzakirə aparılarkən baş verdi. Lakin «WhatsApp» Amerika brendidir. Belə ki, biz yağışdan çıxıb yağmura düşdük».
Vaezi bildirir ki, insanlar «Viber»dən «Telegram»a keçdilər:
«Lakin onlar siyasi kanalları bağlamır», - Mahmud Vaezi deyib.
İranlı nazir dörd yerli sosial media platformasının artıq hazır olduğunu qeyd edib. Onun dediyinə görə onlardan bəzilərinin artıq 2 milyon istifadəçisi var.
Mahmud Vaezi bu səpkidə danışaraq «Salam», «Sourush», «Wispi» və «BisphonePlus» şəbəkələrini qeyd edib.
«Biz bu şəbəkələrdə reklama izn vermək üçün istifadəçi sayının 3 milyona çatmasını gözləyirik».
Nazirin sözlərinə görə 5 milyondan artıq istifadəçiyə malik platforma maliyyə əməliyyatları apara biləcək.
«Biz gözləyirik ki, yerli şəbəkələr normal fəaliyyətə qadir olduqlarını isbat etsinlər və biz xarici sosial mediadan yaxa qurtarmağın müəyyən yollarını tapacağıq».
Prezident Ruhani müxtəlif siyasi hərəkatların təsir imkanlarını məhdudlaşdırmaq istəyir, Mahmud Vaezi deyib.
«Müxtəlif qruplar prezident Həsən Ruhaninin seçki qələbəsində öz rolunu önə çəkir. Lakin prezident heç kəsə borclu deyil».
Ötən il İranda «milli internet»in yaradılmasına dair planın ilk mərhələsinin başa çatdığı elan edilib.
Hakimiyyətə əsasən daxili şəbəkəyə (intranet) dair təşəbbüs interneti daha səmərəli, təhlükəsiz etməklə xərcləri də azaldacaq. Lakin tənqidçilərə görə əsas məqsəd İnternet üzərində nəzarəti gücləndirməkdir.