Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Ağ Evin həyətində ABŞ-ın 50 ştatında istehsal edilmiş məhsular – Meyndə hazırlanmış yaxtadan tutmuş Havai romuna qədər hər şey var idi.
Hətta prezidentin helikopteri də Konnektikuk ştatının sənayesinin nümunəsi kimi burada dayanırdı.
Prezident Donald Tramp Viskonsin istehsalı yanğınsöndürən maşına da mindi.
«Yanğın haradadır? Göstərin, söndürüm».
Bir qədər sonra isə Tramp 17 iyul tarixinin ABŞ İstehsalı Günü kimi qeyd edilməsi ilə bağlı bəyannamə imzaladı. O əlavə etdi ki, «ağır iş artıq görülüb», belə ki, onun administrasiyası bütün məhdudlaşdırıcı maneələri aradan qaldırıb.
«Onilliklər ərzində Vaşinqton ədalətsiz ticarət sazişlərilə digər ölkələrin milyonlarla amerikalının işini əlindən almalarına göz yumub. İndi isə vəziyyətin necə dəyişəcəyini görəcəksiniz. Siz çox xoşbəxt olacaqsınız».
Demokratlar isə Trampın Amerika İstehsalı Həftəsi təşəbbüsünü «ikiüzlülüyün nümunəsi» adlandırıblar. Onlar bildirirlər ki, prezident bu barədə danışmaqdan öncə, özü bir nümunə olmalıdır.
«Sən əgər bu barədə mühazirə oxumaq istəyirsənsə, ilk növbədə bunu öz evində etməyə başlamalısan. Tramp köynəkləri və qalstukları harada tikilir? Çində. Tramp mebeli harada yığılır? Türkiyədə».
Prezidentin qızı İvanka Trampın adını daşıyan geyim xətti də ölkədən kənarda istehsal edilir. Bu barədə məsələ Ağ Evdə dəfələrlə müxbirlər tərəfindən qaldırıblar.
«Bəzi məhsullara tələb bizim ölkədə olmaya bilər. Amma, təbii ki, əgər belə bir tələb yaranıbsa, belə bir tələb varsa, ümid edirəm kimsə burada fabrika açacaq».
Ticarət təhlilçiləri deyirlər ki, bu mümkün deyil, belə ki, biz indi bir-bir ilə əlaqəli qlobal iqtisadiyyatda yaşayırıq.
«Zavodları divarlamaq artıq mümkün deyil. İstehsal prosesi sərhədləri və okeanları keçir. Ona görə də, Amerika dükanlarında olan yükun məhsul ora gətirilənə qədər beş, altı, on ölkədə istehsal prosesindən keçir».
Ağ Ev administrasiyası bu arqumentləri qəbul etmir və öz proteksionist siyasətini davam etdirir. Onlar onilliklər ərzində hər iki partiyanı təmsil edən administrasiyaların siyasətini ABŞ biznesinin mənafeyinə görə dəyişmək niyyətindədirlər.