Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:10 | 20 iyul 2017 | Cümə axşamı
Məqaləyə 1916 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Nüfuzlu Respublikaçı Senator və sabiq prezidentliyə namizəd Con Makkeynə beyin xərçəngi diaqnozu qoyulub. 80 yaşlı siyasi xadimə qoyulan diaqnoz haqda Mayo Klinikası və Arizonalı Respublikaçının ofisi xəbər yayıb.
«Cümə günü 14 iyulda Senator Con Makkeynin sol gözü üzərindəki nayihədə qan laxtalanmasını çıxarmaq üçün əməliyyat keçirilib», Mayo Klinikasınn bəyanatında deyilir. «Aparılan müayinə müəyyən edib ki, laxtalanma qlioblastoma kimi tanınan əsas beyin xərçəngi ilə əlaqədardır».
Klinika bildirib ki, Senator və onun ailəsi hazırda növbəti müalicə addımlarını nəzərdən keçirir. Müalicə seçimləri sırasında kimyəvi terapiya və radiasiya var.
Makkeynin həkimləri onun əməliyyatdan «yaxşı» çıxdığını və fundamental sağlamlığının əla» olduğunu deyirlər.
Prezident Donald Tramp öz bəyanatında Senator Makkeynə xoş diləklərini çatdırıb.
«Senator Con Makkeyn həmişə döyüşçü olub. Melaniya və mən dualarımızı Senator Makkeynə, Sindiyə (xanımı) və onların bütün ailəsinə çatdırır. Tezliklə sağal».
ABŞ-ın qocaman senatoru Con Makkeyn ələlxüsus xarici və hərbi siyasət sahələrində önəmli rol oynayır.
O, dünya boyu demokratiyanın və insan haqlarının müdafiəsində xüsusi fəallıq göstərib.
Con Makkeyn hazırda Senatda Silahlı Qüvvələr Komitəsinin rəhbəridir.
Vyetnam Müharibəsində hərbi pilot qismində döyüşən Makkeyn 1967-ci ildə əsir düşdükdən sonra ABŞ Silahlı Qüvvələrində yüksək rütbəli general olan atasına iltifat əlaməti olaraq Şimali Vyetnamın erkən azadlığa çıxmaq təklifini rədd etmişdi.
Əsirlikdə qaldığı beş il yarımlıq müddətdə kommunistlərin rüsvayçı təkliflərini qəbul etməkdən imtina edən Makkeyn sistematik işgəncələrə məruz qalmışdı.