Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:11 | 23 iyul 2017 | Bazar
Məqaləyə 1409 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Trampın bu günlərdə gözlənilmədən işdən çıxarılan mətbuat katibi Şon Spayser Ağ Evi tərk edərkən işçilərin otağındakı mini-soyuducunu da xəlvəti şəkildə özüylə aparıb.
Virtualaz.org xəbər verir ki, bu heyrətamiz hadisə barədə «The Wall Street Journal» Ağ Evdəki mənbələrə istinadla yazır.
Qəzetin yazdığına görə Şon Spayser Ağ Evin mətbuat xidmətinin aşağı rütbəli əməkdaşlarından köməkçisi vasitəsilə xahiş edib ki, otaqlarında yeməkləri və içkiləri saxlamaq üçün istifadə etdikləri mini-soyuducunu ona bağışlasınlar. Lakin əməkdaşlar bundan qəti imtina ediblər, bildiriblər ki, soyuducu onların özlərinə lazımdır.
Bundan sonra Şon Spayser axşamın düşməsini və işçilərin Ağ Evi tərk etməsini gözləyərək soyuducunu özüylə aparıb. Ağ Evdəki mənbələr bildiriblər ki, təxminən axşam saat 8 radələrində Şon Spayseri soyuducunu pilləkənlərlə aşağı küçəyə tərəf aparanda görüblər. Bu hadisəni həmin gün işdə ləngiyən Ağ Ev əməkdaşlarından biri görüb. İşçilər səhər işə gələndə soyuducu yerində olmayıb. Həmin soyuducu Spayserin Ağ Evdə işə başlamasından bir ay sonra alınıbmış.
Xəbər verildiyi kimi Şon Spayser prezient Donald Trampla fikir ayrılığına görə işdən çıxıb. Onun Ağ Evin kommunikasiyalar üzrə direktoru vəzifəsinə Entoni Skaramuççinin təyinatına etiraz etdiyi bildirilir. 45 yaşlı keçmiş Hərbi Dəniz Qüvvələri zabitini işdən çıxarkən Ağ Evdən soyuducu oğurlamağa vadar edən səbəblər məlum deyil, Spayserin özü də xəbər yayılandan bu yana soyuducu məsələsi ilə bağlı heç bir şərh verməyib.
Trampın mətbuat katibinin Ağ Evdən soyuducu oğurlaması sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. İstifadəçilər Spayseri ələ salan çoxsaylı kommentlər və fotomontajlar paylaşıblar. Yazar İvan Hernandez Tvitter-də yazıb ki, Spayserin Ağ Evdən soyuducu oğurlayarkən çəkilmiş fotoşəklinə 1 milyon dollar ödəməyə hazırdır.
Qeyd edək ki, Şon Spayserin Ağ Evin mətbuat katibi kimi təxminən 6 aylıq işi zamanı onunla jurnalistlər arasında dəfələrlə qalmaqallar yaranıb, Spayser jurnalistlərin dolaşıq sualları qarşısında dəfələrlə çaşıb, ziddiyyətli bəyanatlar verib. O, jurnalistləri «YouTube-də məşhurlaşmaq üçün dolaşıq suallar verməkdə» ittiham edirdi.