Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:10 | 9 avqust 2017 | Çərşənbə
Məqaləyə 1376 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Prezidenti Donald Tramp Şimali Koreyaya sərt xəbərdarlıq edib. «Yaxşı olardı ki, onlar bir daha Birləşmiş Ştatları hədələməsinlər. Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər».
Prezident Tramp bu bəyanatı Nyu Cersi ştatının Bedminister şəhərindəki özəl qolf kulubunda verib. O, Şimali Koreya lideri Kim Conq Unu «hədələyici» ton sərgiləməkdə günahlandırıb.
Tramp daha sonra xəbərdarlığını təkrar edərək bildirib ki, totalitar kommunist ölkəsi «atəş, qəzəb - və sözün açığı - dünyanın indiyədək görmədiyi bir qüdrətlə üzləşəcək».
Trampın bəyanatından bir neçə saat sonra Şimali Koreya ABŞ-ın Sakit Okeandakı ərazisi olan Quamı raketlə vurmağı «ehtiyatla nəzərdən keçirdiyini» bəyan edib.
Pxenyan ABŞ-ı vurmaq iqtidarında olan nüvə başlıqlı raket inkişaf etdirmək məramını heç vaxt gizlətməyib, və illərdir ki, beynəlxalq ictimaiyyətin nüvə proqramına son qoymaq çağırışlarını qulaqardına vurur.
Koreya Xalq Ordusunun dövlət xəbər agentliyi vasitəsilə yaydığı bəyanatda bildirilir ki, rəhbər Kim Conq Un qərar verən an plan icra olunacaq.
Bazar ertəsi ABŞ-a məxsus iki B-1 bombardmançı təyyarəsi Quamdan havaya qalxaraq Koreya yarımadası üzərində uçublar. ABŞ rəsmisi uçuşu Birləşmiş Ştatların yarımadadada davamlı bombardmançı mövcudluğu saxlamaq məramı ilə izah edib.
Şimali Koreyanın digər rəsmisi tərəfindən verilən bəyanatda Pxenyan ABŞ-ı «önləyici müharibə» planları qurmaqda ittiham edib. Şimali Koreya rəsmisi bildirib ki, belə bir müharibəyə başlamaq cəhdi «düşmənin bütün hədəflərinə, o cümlədən əsas ABŞ ərazisində silindirici zərbələrlə qarşılaşacaq».
Ordu sözçüsü ABŞ-ı Şimali Koreyaya qarşı «məsuliyyətsiz hərbi təxribatlara» son qoymağa çağırıb.
BMT Təhlükəsizlik Şurası şənbə günü Şimali Koreyaya raket sınaqlarını davam etdirdiyinə görə yeni sanksiyalar tətbiq edib.