Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:07 | 9 avqust 2017 | Çərşənbə
Məqaləyə 1415 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Şimali Koreya ABŞ-ın Sakit okeandakı Quam ərazisinə raket zərbələri həyata keçirməyi nəzərdən keçirdiyini bəyan edib. Rəsmi mediada yayılmış bu bəyanat, prezident Donald Trampın Şimali Koreyanı «od-alovla» təhdidlərindən sonra verilib.
Şimali Koreyanın rəsmi informasiya agentliyi bildirib ki, ABŞ-ın strateji bombardmançı təyyarələrinin yerləşdiyi əraziyə - Quama orta məsafəli raket atmaq planlaşdırılır.
Son bəyanatlar iki ölkə arasında gərgin ritorikanı daha da artırıb.
BMT bu yaxınlarda Şimali Koreyaya qarşı iqtisadi sanksiyaları təsdiqləyib. Pxenyan bunu «suverenliyinin zorakı şəkildə pozulması» adlandırıb və ABŞ-a bunun «əvəzini ödəyəcəyini», deyib.
Bundan sonra «Washington Post» qəzetində çıxan bir xəbərdə Şimali Koreyanın bir raketinin içinə yerləşdiriləcək qədər kiçik bir nüvə başlığı hazırladığı iddia olunub.
Xəbərdə Şimali Koreyanın güman ediləndən çox daha qısa bir müddətdə ABŞ-ı vura biləcək qabiliyyətə nail olacağı vurğulanırdı.
Şimali Koreya, iyul ayında iki qitələrarası ballistik raket sınağı keçirib və ABŞ-ı vura biləcək qabiliyyətə çatdığını iddia etmişdi.
ABŞ prezidenti Tramp isə Şimali Koreyanın son sınaqlarına və açıqlamalarına cavab olaraq, «Şimali Koreya ABŞ-ı daha çox təhdid etməsə yaxşı olar. Dünyanın heç görmədiyi bir atəş və hirslə qarşı-qarşıya qalacaqlar», deyib.
Sakit Okeanda Filippin və Havay arasında 541 kvadrat kilometrlik vulkan və mərcan adasıdır.
Əhalisi 163,000 nəfər olan ada «mütəşəkkil deyil».
ABŞ-ın hərbi bazaları adanın təxminən dörddə birini əhatə edir. Burada təxminən 6 min qulluqçu var və daha minlərlə hərbçinin köçürüləcəyi planları var.
Bura ABŞ üçün həyati əhəmiyyətli məkandır, çünki Cənubi Çin Dənizi, Koreyalar və Tayvan Boğazı kimi yerlərə çıxış verir.