“Danışıqlar masasına qayıdın”
Trampdan İsrail və İrana çağırış
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ-ın dövlət katibi Reks Tillersonla Məsud Bərzani arasında telefon danışığı olub. APA TV-nin türk mətbuatına istinadən yaydığı məlumata görə, Tillerson Bərzanidən sentyabr ayına planladığı müstəqillik referendumunu təxirə salmağı tələb edib.
Referendum haqqında açıqlama verən Məsud Bərzani bu məsələ ilə bağlı Vaşinqtonla təmaslarda olduğunu deyib. «Reuters» agentliyi Bərzaninin ABŞ dövlət katibi ilə telefonla danışdığını yazıb.
Xatırladaq ki, iyulun əvvəllərində ABŞ Dövlət Departamenti müstəqillik referendumunun İŞİD kimi təhlükələri ikinci plana keçirəcəyini bildirərək, Bərzani rejiminin bu niyyətini dəstəkləmədiyini bəyan etmişdi.
Bu gün Bərzaninin ofisi Tillersonun referendumu təxirə salmaq tələbi irəli sürdüyü barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, Bərzani bunun müqabilində gələcəkləri üçün qarantiya və alternativlər istəyib.
Xatırladaq ki, sentyabrın 25-də İraqın şimalında müstəqil kürd dövlətinin yaradılması məqsədilə keçirilməsi nəzərdə tutulan referendumu Türkiyə başda olmaqla bir çox ölkə pisləyib.