ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
22:00 | 13 avqust 2017 | Bazar
Məqaləyə 2593 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
«The Daily Mail» yazır ki, ABŞ prezidenti Donald Tramp Çarlottesvill (Charlottesville) şəhərində baş vermiş toqquşmaları pisləsə də, «bütün tərəfləri» günahlandırdığına və ağ millətçiliyi pisləməkdən çəkindiyinə görə tənqid olunur.
Virciniya ştatında ağdərili millətçilərin yürüşü zamanı azı bir nəfərin öldüyü xəbər verilib.
Prezident öz çıxışında deyib: «Biz çox tərəflərdən qaynaqlanan fanatizmin və zorakılığın rüsvayçı nümayişini pisləyirik. Bu hal bizim ölkəmizdə bir müddətdir ki, davam edir».
NBC telekanalının müxbiri Halli Cekson (Hallie Jackson) Ağ Evdən dəqiqləşdirməyə çalışıb ki, Tramp «çox tərəflərdən» deyəndə nəyi nəzərdə tutub. Jurnalist Ağ Evdən aldığı izahatı «Twitter»də yayıb:
«Prezident bütün mənbələrdən və bütün tərəflərdən gələn nifrət, fanatizm və zorakılığı pisləyib. Bu gün etirazçılar və antietirazçılar arasında zorakılıq olub».
«The Mail» yazır ki, baş prokuror Ceff Sessions da (Jeff Sessions) «ağdərilililərin ağalığına» tərəfdar olanları pisləməkdən çəkinib.
Tramp həmçinin «qanun-qaydanın tezliklə bərpa olunmasına» çağırıb. O deyib ki, «bu gün uşaqlar həyətdə oynamaqdan qorxmamalıdırlar».
Prezident deyib ki, elə indicə Virciniya qubernatoru Terri Makaliffe ilə (Terry McAuliffe) danışıb və onların ortaq rəyi zorakılığın dərhal dayandırılmasının vacibliyi olub.
Bunun ardınca prezident onun başçılığı ilə ölkədə baş verən müsbət işlərdən, işsizliyin azalmasından və şirkətlərin ölkəyə «axınından» danışmağa başlayıb.
«Mən Çarlottesvill şəhərində baş verən hadisələrə baxanda çox kədərləndim - deyib Tramp, - hər şeydən əvvəl biz belə bir həqiqəti yadda saxlamalıyıq ki, rəng, din və siyasi partiyadan asılı olmayaraq biz ilk növbədə amerikalıyıq».
«Biz ölkəmizi sevirik, Allahımızı sevirik, bayrağımızı sevirik, ölkəmizlə fəxr edirik, kimliyimizlə fəxr edirik», - deyə prezident bildirib.
«The Mail» diqqəti belə bir məqama çəkir ki, Tramp öz çıxışında ağ millətçilərin və KKK-in adını çəkməyib.
KKK lideri Deyvid Dyuk (David Duke) bundan əvvəl, şənbə günü demişdi ki, ağların ağalığını dəstəkləyən nümayişçilər Trampın vədlərini yerinə yetirirlər.
«Bizim inandığımız budur və biz Donald Trampa buna görə səs vermişik» – deyə Dyuk bildirib.
«The Mail» yazır ki, baş verən hadisələrlə bağlı bir çox siyasətçilər Trampı kəskin tənqid ediblər.
Senator Patrik Lihi (Patrick Leahy) Trampı irqçilərin nümayişini pisləməkdə lənglik göstərdiyinə görə tənqid edib.
«Prezident Trampın sükutu utancverici və məsuliyyətsizdir», – deyə senator bildirib.
Trampdan fərqli olaraq Arkanzas qubernatoru Mayk Hukakbe (Mike Hucakbee) millətçiləri tənqid etməkdən çəkinməyib.
«Ağ irqçilik irqçiliyin ən pis formasıdır, şərdir, Allahın həqiqətinə həqarətdir. Allah hamını bərabər yaradıb», - deyə qubernator bildirib.
Polisin həbslər həyata keçirdiyi xəbər verilir, lakin bildirilir ki, küçələrdə irqçilər və onlara qarşı çıxanlar arasında toqquşmalar davam edir.