ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Avqustun 12-də ABŞ-ın Virciniya ştatında ağdərili millətçilər və ifrat sağçıların kütləvi aksiyası faciə ilə bitib. Bu aksiyaya yürüşlə etiraz edənlərin üzərinə maşın sürülüb.
Nəticədə 1 qadın ölüb, daha 19 nəfər xəsarət alıb.
ABŞ-ın federal hüquq-mühafizə orqanları Çarlottesville şəhərində baş vermiş hadisəni araşdırmaq üçün təhqiqata başlayıblar.
Polis maşının sürücüsü, 20 yaşlı Ceyms Aleks Fildsi (James Alex Fields) şübhəli qismində saxlayıb.
Ona qarşı qəsdən adam öldürmə ittihamı irəli sürülüb.
O yaxınlıqdakı Ohayo (Ohio) ştatında yaşayır.
Hadisə həvəskar kameralarına düşüb. Yüksək sürətlə hərəkət edən maşın insanları vurandan sonra arxadan başqa bir maşına çırpılır.
Bundan sonra sürücü maşını geri verib aradan çıxmağa çalışır.
Aksiya ilə eyni zamanda hərbi helikopter də qəzaya uğrayıb.
Polis bunun da aksiya ilə əlaqəli olduğunu, bir pilotun və bir sərnişinin həlak olduğunu bildirib.
Baş prokuror Ceff Sessions (Jeff Sessions) deyib ki, «bu zorakılıq və ölüm Amerika qanunları və ədliyyə sisteminin ürəyinə vurulan zərbədir».
Sessions əlavə edib ki, irqçilik, cəhalət və nifrətdən qaynaqlanan belə əməllər Amerika dəyərlərinə ziddir və onlara qarşı barışmaz olmaq gərəkdir.
Sessions Federal Təhqiqat Bürosunun rəhbəri Kris Vrey (Chris Wray) ilə də müzakirələr aparıb.
FTB əməkdaşları indi hadisə yerində araşdırma aparırlar.
Virciniya qubernatoru Terri Makaliffe (Terry McAuliffe) ştatda fövqəladə vəziyyət elan edib və asayişin qorunması üçün Milli Qvardiyanın hərbçiləri səfərbər edilib.
İfrat sağçıların kütləvi aksiya keçirməsinin səbəbi o olub ki, şəhər rəhbərliyi ABŞ-dakı Vətəndaş Müharibəsi zamanı həm Şimali Virciniya ordusuna, həm də ümumilikdə cənub ştatlarının ordusuna komandanlıq etmiş Robert E.Linin (Robert E. Lee) heykəlini sökmək haqda qərar verib.
O zaman cənub ştatları quldarlığın qorunub saxlanmasına çalışırdılar.
Bu aksiyaya əvvəlcə icazə verilsə də, avqustun 12-də küçələrdə baş vermiş toqquşmalardan sonra həmin icazə ləğv edilmişdi.
Həmin gün səhər ifrat sağçılarla onlara etiraz edənlər arasında toqquşmalar olmuşdu.
Prezident Donald Trump da baş verənləri qətliyyətlə pisləyib.
O «bütün tərəflər»in törətdiyi zorakılığı pisləyib.
Trump deyib ki, heç kim küçəyə çıxanda qorxmamalı, cəhalət və nifrət aradan qaldırılmalıdır: «Biz dinindən, irqindən, millətindən asılı olmayaraq hamımız amerikalıyıq. Biz bununla fəxr edirik. Biz bu hadisəni araşdırmalıyıq. Bilməliyik ki, belə hadisələr niyə baş verir».
Trump deyib ki, bununla yanaşı amerikalılar bir-birinə qarşı sevgi nümayiş etdirməldiir, nifrət yox.
Prezident Virciniya polisinə gördüyü işə görə təşəkkür edib.