Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ və onun müttəfiqləri Şimali Koreyanın raket sınağına hərbi təlimlərin gücləndirilməsi ilə cavab verirlər. Quamdakı hava bazasından səmaya qalxan 2 B-1 bombardmançı təyyarəsi və Yaponiyadan çıxan dörd F-35 qırıcısı 10 saat sürən missiyada Koreya yarımadası üzərindən uçublar.
Amerika təyyarələrinə Yaponiya suları üzərində yapon təyyarələri, Koreya yarımadası üzərində isə Cənubi Koreya təyyarələri qoşulublar. Bu təyyarələr Pilsunq poliqonundakı hədəflərə təlim atəşi açıblar.
Əzələ nümayşi Şimali Koreyanın Yaponiya üzərindən orta mənzilli ballstik raketlər sınaqdan keçirməsindən sonra baş verir.
Bundan bir gün öncə ABŞ hərbi donanması dənizçilərin Havay sahillərindən kənarda orta mənzilli ballstik raketin vurulmasını uğurla sınaqdan keçidrdiklərini məlumat verib.
Şimali Koreya ötən aylarda Yaponiya istiqamətində bir neçə raket buraxıb. Bunların çoxu Yapon Dənizində suya düşüb.
«Şimali Koreyanın əməlləri, bizim müttəfiqlərimizə, tərəfdaşlarımıza və vətənimizə hədədir və onların bu destablləşdirici əməlləri müvafiq şəkildə qarşılanacaq,» deyə General Terrens J. Oşonessi bildirib. ABŞ Sakit Okean Hava Qüvvələrinin rəhbəri əlavə edib: «Lazım gəldiyi an bizim qüvvələrimiz döyüşə ilk atılan və düşmənə zərbələr endirən qüvvələr olacaq».
ABŞ hərbi qüvvələri Şimali Koreyanın təxribatlarına tez-tez əzələ nümayişi ilə cavab verirlər. Ötən ay ABŞ və Cənubi Koreya qüvvələri Pxenyanın qitələrarası ballistik raket sınağından sonra ətraf sulara raketlər atmışdılar.