Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
10:28 | 3 sentyabr 2017 | Bazar
Məqaləyə 2757 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
Hyustonun bəzi məhəllələrində su anbarları yaxınlığında sel suları yüksək olsa da, şəhərin digər hissələrində su artıq çəkilir. Oradakı yollar işlək hala dönməyə başladığı üçün, Harvi qasırğası səbəbilə evlərində ilişib qalan insanlar ərzaq və yanacaq axtarmağa başlayıb. Amma onların nə tapacaqları yaşadıqları məhəllələrdən asılıdır.
Hyustonun cənub-qərbində əksəriyyətin immiqrantların yaşadığı məhəllədə Welcome adlı çinli ərzaq mağazası ölkənin dördüncü ən böyük əhalisinə sahib şəhəri Hyustonda baş verən qasırğadan sonra bir çoxlarının ehtiyacını qarşıladı.
«Mən ilk dəfədir buradayam və bir çox yolun artıq yenidən işlək olduğunu gördüm», deyə çinli-amerikalı Şörli Fu bildirir.
«Welcome» qasırğanın ən pis anında bir günlük bağlanmışdı. Kaliforniya və Nyu-Yorkdan gələn yeməklər isə qasırğanın dağıntıları arasında açıq qalan yollar vasitəsilə şəhərə gəlib çatıb.
«Biz qasırğanın bu qədər pis olacağını gözləmirdik. Müştərilərin çoxunun bir çox şeyə ehtiyacı var», deyə «Welcome»ın meneceri Robert Lin bildirib.
«Bir çox amerikan market açıq deyil», o deyir.
Harvi qasırğası Hyustona çatandan bir həftə sonra Lin yumurta və meyvə-tərəvəz kimi məhsullara tələbatın artdığını deyir.
Yanacaq çatışmazlığı yaşanır
Cümə günü Hyustonun bəzi ərazilərinə daxil olmaq hələ də mümkün deyildi, yollar bağlı idi və yanacaq çatışmazlığı yaşanırdı Problem yanacaq qiymətlərinin artdığı barədə xəbərlərin yayılması ilə insanların yanacaq növbələrinə irməsi ilə daha da böyüyüb.
İçməli suyun çirklənməsindən qorxan insanlar marketlərdən su alıb evlərinə yığır. Sakinlər həmçinin deyir ki, artıq bəzi marketlərdə çörək rəfləri boşdur.
Ən pis vəziyyət artıq geridə qalıb
Hyustonun cənub-qərbində Çaynataun kimi tanınan ərazinin yaxınlığında yaşayanlar istədiklərini tapa bilir. Bura şəhərin qasırğanın dağıntılarına ən çox məruz qalan hissəsidir.
«Mən Çaynatauna heç nə olmadığına görə sevinirəm. Burada hər kəs gəlib alış-veriş edə bilir», Fu deyir.
«Məncə hər şey normal qaydasına dönür, biz də elə həyatın normala dönməsi üçün dua edirdik. Biz Hyustonu sevirik. Biz hyustonluyuq», deyə Kolli bildirir.
Bir çox Hyuston sakini bu dərəcədə travmatik təbii fəlakətdən sonra normal həyata geri dönməyin vacibliyini vurğulayır, lakin şəhərin tamamilə normala dönməsi həftələr hətta aylar ala bilər.