
Böyük Qayıdışa dair II Dövlət Proqramı
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Gözlərim önündə bir mənzərə var – sabah kimlər bir araya gəlməyəcək
... azad olanda – kəlmələrin üstündə, bütün məfhumlardan dəyərli olur
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Əgər bir soyun əksəriyyəti qəddar, vəhşi, faşistdirsə, ...
... Yaxud əlləri havada qalan Ağdam sakini
Almaniyalı rəssam İnqa Şmidtin master-klassı çərçivəsində hazırlanan əsərlərin sərgisi
Məğlub olmuş ölkənin başçısı Qalib baş komandandan mədət diləyir
Aprel döyüşlərindən şanlı Zəfərə!
Bir kitabdan daha artığı
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
Nə yaxşı ki, suverenlik məsələsini vaxtında və tam həll etdik
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Qarabağ atını başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıbmış.
Xarakterik nişanlarının biri ayaqlarını müxtəlif dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır. Bu nişanlar xüsusən «Ceyran» tipində daha çox təsadüf edilir. Qarabağ atlarının köhnə tipləri «Maymun» (Xoşbəxt), «Qarnıyırtıq» və «Əlyetməz» (Ceyran) adlı ayğırlar nəsli olub. «Ceyran» tipinin boz rəngli qisminə «Gülgün» deyərmişlər. XIX əsrin ikinci yarısında Qarabağ atının «Axaltəkə» atı ilə cütləşməsindən «Təkə-ceyran» at növü yetişdirilib. Bu atlar hündürboy və yüksək sürətə malik olub. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur. Çox az hallarda kəhər, boz və çal rənglərə də təsadüf olunur. Qarabağ atının xarakterik nişanları ayaqlarında müxtəlif dərəcədə səkil (ağlıq), alnının isə təpəl olmasıdır. «Sərdar», «Sultan», «Şah», «Ağalar», «Divar», «Meymun» və sair ayğırlardan keçmişdə «Atlı qvardiya alayının nümunəvi zabit atı» kimi istifadə edilməsi, bu atların yüksək iş qabiliyyətini bir daha sübut edir». Ötən 10-15 il ərzində atlara olan ögey münasibət milli sərvətimizə öz zərbəsini vurdu. Qarabağ atı Azərbaycanın çox dəyərli milli sərvətidir. Dünyada olan at cinsləri arasında Qarabağ atı öz möhtəşəmliyi ilə diqqət çəkir.
Bir tarixi hadisəni danışım.
Kral Qəsrinin önündə toplanmış minlərlə insan onu ayaqda alqışlamağa başlayır. İngiltərənin adlı-sanlı, əsilli nəcabətli lordları dəyirmi şlyapalarını hörmət əlaməti olaraq başlarından çıxarır, qadınlar dəsmallarını yelləyirlər. Sevincindən kraliçanı göz yaşları boğur. Bütün imperiyanın idarəçilərinin yığıldığı London onu qəbul edir, gözəlliyinin qüdrəti qarşısından afərin deyir...
Bu afərinə səbəb Ağdam atçılıq zavodunda böyüdülən Zaman adlı at idi.
1956-cı il də Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça II Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan «Zaman» adlı Qarabağ atı da bağışlayıb.
Zaman atı o qədər gözəl olub ki, bir müddət Londonda onun saçları kim saç saxlamaq dəb olur.
61 il sonra Ağdamın Qarabağ atlıları Londonda minlərlə insanın qarşısına çıxacaq. Bu səfər də inanırıq ki, Qarabağ atlıları ingilislərin alqışlarına səbəb olacaq. Bütün ingilislər Qarabağ klubunun qarşısında şlyapların çıxaracaq.
Uğurlar Qarabağ atlıları...