
“Tinsel” və “Korona” əməliyyatları
Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
5 min müştərinin şəxsi məlumatları və bank hesabları təhlükədə olub
Londonda iki nəfər həbs cəzasına məhkum edilib
... 2 milyona
İngiltərədə PKK tərəfdarları azərbaycanlıya hücum edib
270 stansiya, 402 kilometr uzunluq, 3 milyon sərnişin
Britaniya tanker insidentini cavabsız qoymayacaq
Orta əsrlərdə xeyirxahlıq nümunəsi olan qədim şirkətlər indi simicləşib
Britaniya izaholunmayan sərvəti necə müsadirə edir?
Londonda atışma, Parisdə isə iğtişaşlar baş verib
5 kvadratmetrlik otaqda bir ömürlük təəssürat
… Yaxud Dərviş Parisi partladır
Londonda yaşayan Aida Məmmədova: «Qonşuluqda azərbaycanlı musiqi müəllimin yaşamasından təəccübləndik»
Son qırx ildə Londonun ilk anqlikan kilsəsi tikilib
London polisi silahlı qüvvələrdən əsgər istəyib
London metrosundakı partlayış qərbi silkələdi
Böyük Britaniyanın paytaxtı London metrosunda stansiyaların birində partlayış baş verib. «Reuters» agentliyinin məlumatına görə, hadisə şəhərin qərb hissəsindəki «Parson Green» stansiyasında gerçəkləşib.
«Twitter»də yayılan şəkillərdən birində belə görünür ki, partlayıcı ağ rəngli vedrəyə qoyulmuş çantada olub. London polisinin məlumatına görə, xeyli sayda yaralı var. İngiltərənin «Metro» qəzetinin xəbərinə görə, sərnişinlərdən bəzilərinin sifətlərində yanıqlar olub.
Hadisə yerinə xeyli sayda təcili yardım maşınları gəlib. Partlayışın panikaya səbəb olub. Xeyli sayda adam təşvişə içərisində olan kütlənin ayaqları altında qalıb.
Şahidlərin dediyinə görə, partlayış sərnişinlər vaqonlardan çıxarkən baş verib. «Sanki böyük bir alov topu vaqon boyunca hərəkət edirdi».
Hadisənin terror olub-olmadığı bilinmir.
Statistikaya görə, Londonda hər gün 5 milyondan artıq insan metrodan istifadə edir.