Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
13:47 | 16 sentyabr 2017 | Şənbə
Məqaləyə 2457 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Türkiyənin Rusiyadan «S-400» hava hücumundan müdafiə raket sistemini alması ABŞ-ın Ankara üzərinə avtomatik sanksiya qoyması ilə nəticələnə bilər. Bu barədə demokrat senator Ben Kardin (Ben Cardin) Tramp administrasiyasının rəsmilərinə məktub göndərib. Məktubda deyilir ki, Türkiyə Rusiyadan «S-400» raket sistemini almaqla Rusiyaya qarşı ötən ay Konqres tərəfindən qoyulmuş sanksiyalar qanununu pozur.
Konqresdə qəbul edilmiş qanuna görə «Rusiyanın müdafiə və ya kəşfiyyat sektorları ilə əhəmiyyətli məbləğdə alış-veriş edən tərəfə qarşı sanksiya tətbiq edilməlidir».
Senatın Xarici Əlaqələr Komitəsinin demokrat həmsədri senator Kardin dövlət katbi Reks Tillersona və maliyyə naziri Stiv Mnuçinə (Steve Mnuchin) yazıb ki, bu, icrası məcburi olan qanundur.
Cardin qeyd edir ki, «belə böhranlı bir dövrdə ABŞ müttəfiqi Türkiyənin Moskva ilə yaxınlaşması xoşagəlməz haldır».
«S-400» raket sistemi, deyilənə görə, Rusiyanın ən mükəmməl hava hücumundan müdafiə kompleksidir. Bu qurğu 400 kilometrlik çevrədə olan 80 hədəfi eyni vaxtda vura bilir.
«Politico» məcmuısi yazır ki, Kreml tərəfindən maliyyələşdirilən «Sputnik» və «RT» media qurumları 1952-ci ildən NATO üzvü olan Türkiyə ilə bu sövdələşməni böyük diplomatik uğur kimi tərifləyirlər.
Bu media qurumlarının reportajlarında Türkiyənin Qərbdən uzaqlaşması açıq şəkildə «bayram edilir».
NATO rəsmiləri Türkiyənin Rusiyadan ümumi dəyəri 2,5 milyard dollar olan hərbi avadanlıq almasından ciddi narahatlıq keçirirlər. İndiyədək heç bir NATO üzvü Rusiya silah sistemlərindən istifadə etməyib.
Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 14-də bəyan edib ki, Ankaranın Rusiyadan «S-400» almasına görə NATO özünü qınamalıdır. O bildirib ki, Qərb Türkiyəyə yeni silah növlərini ləng və baha qiymətə verir.
ABŞ Dövlət Departamenti və Pentaqon «S-400» raketlərinin NATO sistemi ilə uyğun olmadığını bildiriblər.
Senator Kardin məktubunda bir qədər də irəli gedərək Türkiyənin Rusiyadan silah almasının onun NATO üzvlüyünə necə təsir edəcəyi məsələsini Senatın Xarici Əlaqələr Komitəsində müzakirə etməyə çağırıb.