
Paşinyanın sülh gündəliyi
Köçəryan-Sərkisyan müttəfiqliyi ilə Ermənistan baş nazirinin devrilməsi ehtimalları yoxdur
Köçəryan-Sərkisyan müttəfiqliyi ilə Ermənistan baş nazirinin devrilməsi ehtimalları yoxdur
Cinayət işi Ohanyanın oğluna açıldı
... Yaxud erməni amansızlıqlarının, barbarlıqlarının bir anı
Ermənistan sakinləri Köçəryan və Qarabağ ermənilərini özlərinə yad hesab edir
Köçəryanla Sərkisyanı partiyalarını Ermənistan parlamentindən qovurlar
Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və ...
Separatçılar baş naziri müvəqqəti fiqur sayırlar
Sərkisyanın istefasından keçən 1 ildə ...
Petrosyan Paşinyanın Qarabağ proqramından danışdı
İran Ermənistan ərazisindən qaz nəql etmək niyyətində deyil
Yaxud Ermənistan hökumətinin proqramı - müxalifətin ilk çıxışı, maliyyə problemi
Ermənistanın baron Münhauzeni xatırladan rəhbəri …
Köçəryanın azad olunması çətinləşir
Hadisələr həbsə doğru gedir ...
İrəvanda yüksək vəzifəli məmurlar dindirilir
Eks-prezident 10 nəfərin ölümündə günahlandırlır
«Ermənistanda hakimiyyət hədsiz dərəcədə xəsislik edir və ölkədəki mövcud vəziyyət prezident Serj Sərkisyanı, eləcə də başqa məmurları silkələməlidir».
«Report» Ermənistanda çıxan «Haykakan Jamanak» qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ-dakı erməni diasporunun nümayəndəsi Zare Palyan sentyabrın 18-də İrəvanda başlayan VI «Ermənistan-Diaspo» forumundakı çıxışı zamanı bildirib.
«Hakimiyyət tamahkardır. Bitib-tükənməyən acgözlük kampaniyası başlayıb və bu dayanmaq bilmir. Əlbəttə, bunları dəyişmək olar. Ancaq Ermənistanla bağlı belə təəssürat yaranır ki, elə bil bir qrup qayıqla buralara gələrək, acımadan yerli əhalinin çapıb, talayıb. Elektrik enerjisinin qiymətini qaldırırlar. Bu nə deməkdir? Çünki onların yeni ideyası yoxdur. Kommunal xərclərin qiymətini qaldırmaqla vəziyyətdən çıxmağa çalışırlar. Ermənistan hakimiyyətinin dəyişiklik etmək üçün ideyası yoxdur. Onların bu əməlləri nəticəsində əhali Ermənistanı tərk edir. Onlar əlindən gələni edir ki, əhali ölkəni tərk etsin. Katalikos I Aramın dedikləri erməni xalqının ürəyindəndir. Ancaq Serj Sərkisyan və ermənilərin katalikosu II Qareginin dedikləri isə aydın deyildi. Mən onlardan həqiqəti deyəcəklərini gözləmirəm», - deyə Palyan vurğulayıb.
«Diaspor nümayəndələri Ermənistan hökumətinə inanırmı, ölkəyə sərmayə qoya bilərmi» sualına cavabında o deyib: «Etibar və etimad sıfırdır. Onlar talan edir. Bu şikayətlərə məhkəmədə baxılmır. Mənim Ermənistanda 4 biznes obyektim var. Onların elə bahalı da deyillər. Hər birinin dəyəri 30 min dollardır. Bu obyektlər qazanc gətirməkdənsə, məni qarət edir. Məhkəmə bununla bağlı ədaləti nə vaxt təmin edəcək?»
Məlumata görə, Zare Palyan diqqəti Ermənistan hakimiyyətində təmsil olunanların bioqrafiyasına da çəkib: «Dövlət vəzifəsinə talançılar təyin olunur. Bu faciədir. Mən naziri öz cibinə deyil, xalqın rifahına işləməyə necə məcbur edə bilərəm? Ermənistanda düz adama «özündən razı», «lənətlənmiş axmaq» deyirlər. Pul-para xətrinə hər işi görənlər isə istedadlı, bacarıqlı sayılırlar.
Belə bir vəziyyət bizi hara sürükləyir?».