
Ankara deyən oldu
ABŞ Suriyadakı mövqelərini Türkiyəyə verir?!
ABŞ Suriyadakı mövqelərini Türkiyəyə verir?!
Fransız diplomatdan etiraf
Prezident və parlament seçkiləri təxirə salındı, Ərbildə atəş səsləri…
Kürdlər ABŞ-dan kömək istədi
Tələbani ailəsi müstəqil Kürdüstan ideyasını öldürdü
«Məsud Bərzaninin tərəfdarları yenə də məğlub, yenə parçalanmış…»
Həsən Ərk: «Belə şey yoxdur ki, filan millətin haqqı verilsin, filan millətin haqqı verilməsin»
Bərzani seçkiləri ləğv edir
Adı özüylə mütənasib olan diktator
Dəfələrlə başladılan kürd üsyanlarının arxasında durmayan dövlətlər yeni layihə həyata keçirirlər
… yaxud «süddən çıxmış ağ qaşıq»larla mübarizə
«Referendum»un nəticələri dondurulur
Bərzani yalvarmağa başladı
Bərzaninin referendumu pislənildi
«İraq rəhbərliyindən və qonşu ölkələrdən tələb edirəm...»
İraqın baş naziri Heydar əl Abadi: «Referendum konstitusiyaya ziddir»
İraqın şimalında yerli hökumətin təşəbbüsü ilə keçirilən referendumun ilkin nəticələri açıqlanıb.
RİA Novosti xəbər verir ki, İraqın şimalındakı yerli hökumətin Referendum və Seçkilər üzrə Ali Müstəqil Komissiyasının məlumatına görə, seçkilərdə iştirak edənlərin 93 faizdən çoxu regionun müstəqilliyinin lehinə səs verib. Bu rəqəmlər səsləri hesablanan 282 min seçicinin (səs verənlərin təxminən 9 faizi) fikrinə əsasən göstərilib.
Komissiyanın sədri bildirib ki, referendumda 3,3 milyon nəfər iştirak edib, seçici fəallığı 78 faiz olub. Seçicilərin cəmi 6,71 faizi regionun müstəqilliyinin əleyhinə səs verib.
O, hesablamaların davam etdiyini və buna görə də nəticələrin dəyişə biləcəyini də vurğulayıb. Qeyd edək ki, rəsmi nəticələr sentyabrın 28-də açıqlanacaq.
Xatırladaq ki, dünən İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb.