Neft və qaz kəskin bahalaşdı
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
13:40 | 3 oktyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 1582 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
İki həmyerlisinin qətlində şübhəli bilinən azərbaycanlı Rusiyada həbs olundu
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Enerji qiymətləri kəskin artdı
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Qara qızıl bazarında nadir rast gəlinən hadisə yaşandı
Hörmüz boğazındakı sakitlik uzun sürmədi
Atəşkəs xəbəri qara qızıla mənfi, birjalara isə müsbət təsir etdi
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
Yaxın Şərqdə ən çox itki BƏƏ-nin payına düşüb
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
«Financial Times» qəzeti yazır ki, Rusiya 21-ci əsrdə qlobal güc olmaq istəyirsə, texnologiyalar sahəsində iki yarışın birindən, ola da bilsin ki, hər ikisindən qalib çıxmalıdır. Bunlardan birini prezident Putin tələbələrlə görüşündə açıqlayıb. O, gənclərə süni zəkanın gətirə biləcəyi imkan və təhlükələrdən danışıb.
Rusiya prezidenti deyib ki, «bu sahədə kim lider ola bilsə, o da dünyaya hakim olacaq».
Məqalədə deyilir ki, Rusiyanın zaman-zaman müasir texnologiyalarda liderlik etdiyi məqamlar olub. Məsələn elə Yerin süni peyki – «Sputnik» kimi. Bu ölkə hələ də dünya səviyyəli riyaziyyatçı və mühəndislər yetişdirir.
«BCG Henderson» İnstitutunun direktoru Martin Rivs (Martin Reeves) dünyanın rəqəmsal qüvvə xəritəsini tərtib edib. O deyir ki, Avropa texnologiyaların bir çox sahələrində «ölü daş» kimidir, amma süni zəka sahəsində bəzi böyük uğurlara nail olub.
Lakin bu sahədə Rusiyanın şübhə doğurmayan insan potensialına baxmayaraq onun ekspertləri hazırda San Fransisko, Tel Əviv və ya Londonun laboratoriyalarında çalışırlar. Süni zəka araşdırmalarına dair çox az patentlər Rusiyada qeydiyyatdan keçib.
Bu mənada ABŞ-ın texnoloji şirkətləri rusiyalı həmkarlarından bir baş yuxarıda dayanırlar. İqtisadiyyatı Rusiyadan səkkiz dəfə böyük olan Çin də bu sahədə böyük uğurlara nail olmağa başlayıb.
FT yazır ki, bütün bunları düşünəndə, Putinin dediklərini izah etmək çox çətin olur. Ola da bilsin Rusiya prezidenti süni zəkadan danışanda, ondan ilk növbədə hərbi istifadəni ürəyindən keçirir. Bəziləri hətta iddia edirlər ki, Rusiya 2016-cı ildə ABŞ seçkisinə müdaxilə edərkən süni zəka texnologiyalarından faydalanıb.
Moskvanın ikinci aparıcı texnoloji uğuru neft sahəsində ola bilər. «Georgetown» Universitetindən professor Zeyn Qastafson (Thane Gustafson) bu yaxınlarda Londondakı «Chatham House» analitik mərkəzindəki mühazirəsində Rusiya neftinə meydan oxuyan üç əsas problemdən danışmışdı.
Birincisi, şist neftinin hasilatı sahəsində ABŞ-ın qazandığı uğurlardır. İndi şist neftinin çıxarılması texnologiyaları o qədər inkişaf edib ki, qara qızılın bir barrelinin qiyməti 90 dollardan 40 dollaradək enib.
İkincisi budur ki, Rusiyanın əsas gəlir mənbəyi olan «qonur» Qərbi Sibir neftinin ehtiyatları tükənir və Rusiya getdikcə daha çox Şərqi Sibirin «yaşıl» və Arktik okeanın «mavi» neftindən asılı vəziyyətə düşür.
Üçüncüsü isə elektrik avtomobillərinin getdikcə artan istehsalı və bununla əlaqədar neftə tələbatın ümumiyyətlə azalması perspektividir.
Cənab Qastafson deyib ki, Rusiyanın bu çətinlikləri aşmaq üçün yeganə yolu özünün ABŞ-dakına bənzər şist nefti texnologiyalarını inkişaf etdirməsi olardı.
Əlbəttə, Rusiyada neft sənayesinin gələcəyinin şistlə bağlı olduğunu başa düşürlər. Lakin professorun fikrincə, bu sahədə irəliləyiş əldə etmək üçün Rusiyanın lazımı kadrları və menecer ehtiyatları yoxdur.
Başqa sözlərlə, Rusiyanın illər boyu xammala məftunluğu onun ixtisaslı insan ehtiyatları yaratmasına mane olub. Rusiya öz xalqına hələ də yaradıcılıq meydanı verməyib. İxtisaslı menecerlərin yetişməsi üçün adamlara Kremlin indiyədək qıydığı azadlıqdan daha geniş meydan tanınmalıdır.
Rusiyadan mülkiyyət haqlarının lazımınca qorunmaması üzündən qaçmış bir biznesmen FT-yə deyib ki, o, texnologiyalar və neft yarışlarında vətəninin birincidə udub, ikincidə uduzmasını istəyir.
«Yalnız bu halda Rusiya beyinlərə əsaslanan iqtisadiyyat qura bilərdi», - deyib biznesmen.