
Qəlblərə qorxu salan sənəd
“Nasist qanunu” ilə amerikalılar vətəndaşlıqdan məhrum ediləcək
“Nasist qanunu” ilə amerikalılar vətəndaşlıqdan məhrum ediləcək
Almaniya Ukrayna göndəriləcək “Patriot”lar üçün ABŞ ilə danışıqlar aparır
Rusiyalı naziri Lavrov ABŞ-ı təbrik edib
Tramp müstəqilliyin 250 illiyi münasibətilə UFC matçı keçirəcək
Merkel Oval kabinet xatirələrini danışıb
Tramp tamamilə məhv edildiyini iddia etmişdi
Qurğuşun bahalaşıb, alüminium gözləyir
ABŞ prezidenti FED sədrinin dirəncini qıra biləcəkmi?
ABŞ prezidenti ticarət müqaviləsi imzalandığını açıqladı
İki nəfər casusluq ittihamı ilə həbs edilib
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Ukrayna ABŞ rəsmisini nazirliyə çağırıb
Milyardlarla dollarlıq “F-35” qalmaqalı
“Trampa hücum zamanı 5 dəfə atəş açıldığı güman edilirdi”
Atəşkəsdən sonra Hörmüz iddiası
Tramp yenə Maskı tənqid etdi, “Tesla” səhmləri düşdü
ABŞ dövlət katibi Reks Tillerson prezident Donald Trampla dəfələrlə açıq münaqişəyə girib və istefa həddinə gəlib çatıb. Virtualaz.org xəbər verir ki, bu haqda «NBC News» öz mənbələrinə istinadən bildirir. Telekanalın xəbərinə görə, iş o yerə çatıb ki, Tillerson Trampı hətta «gicbəsər» adlandırıb.
Bildirilir ki, bu yay Tillerson Trampla üst-üstə yığılan ziddiyyətlərə görə istefaya çox yaxın olub. Məsələn, Dövlət Departamentinin rəhbəri Trampın «American Boyscaut» təşkilatının üzvləri qarşısında «olduqca siyasiləşmiş» çıxışından bərk hiddətlənib. Bu təşkilata əvvəllər Tillerson başçılıq edirdi.
Bundan əlavə telekanal üç ayrı məlumatlı mənbəyə istinadən iddia edir ki, Pentaqonda milli təhlükəsizlik komandasının və kabinet üzvlərinin iştirakı ilə keçirilən iclasdan sonra Tillerson Trampın xarici siyasət mövqeyindən o qədər məyus olub ki, prezidenti həmkarları ilə söhbətdə «gicbəsər» adlandırıb. Bu zaman Tramp özü söhbətdə yer almayıb.
Dövlət katibi ilə prezident arasında ziddiyyətlər doğrudan da mövcuddur və bu, dəfələrlə ictimai forma da alıb. «The Washington Post» isə bu yaxınlarda yazmışdı ki, Tramp özü də Tillersondan narazıdır. Onlar Əfqanıstandakı ABŞ qoşunlarının sayı, Qətər böhranı və Kuba məsələsində yekdil mövqeyə gələ bilməyiblər.
«NBC News» telekanalının bildirdiyinə görə, Tillerson Pentaqondakı toplantıda Trampın barəsində kəskin ifadələr işlədəndə və onu «gicbəsər» adlandıranda vitse-prezident Maykl Pens birtəhər onu istefa fikrindən daşındırıb. Pens Tillersondan xahiş edib ki, heç olmasa ilin sonuna qədər işləsin.
«USA Today» da həmin informasiyanı təsdiqləyir, bildirir ki, ola bilsin vitse-prezident dövlət katibinin prezidentə «gicbəsər» deməsindən xəbərsiz olub, lakin Maykl Pens başa düşür ki, Tillerson Trampla dil tapa bilmir.
«NBC News» telekanalını yaydığı bu qalmaqallı məlumatdan sonra Reks Tillerson planlaşdırılmamış brifinq keçirərək nə vaxtsa istefa barədə düşündüyü haqda yayılan bütün məlumatları təkzib edib. Dövlət katibi ABŞ prezidentinin xarici siyasət kursunu tərifləyib və deyib ki, o özü də Trampın «Amerikanı yenidən qüdrətli etməyə çalışan» komandasının üzvüdür. Bununla belə Tillerson Trampı «gicbəsər» adlandırması haqda məlumatları təkzib etməyib. Təkcə bunu bildirib ki, «milləti bölmək səylərinin» iştirakçısı olmayacaq.
Tramp isə bu məlumatlara ənənəvi üslubunda və «Twitter»dən cavab verib. O, əlbəttə ki, bütün günahı jurnalistlərin üzərinə atıb. «Vay, bu gün feyk xəbərlər nə qədər də çoxdur. Mən nə etsəm, nə danışsam da onlar mənim haqqımda doğru danışıb yazmayacaqlar. Feyk media nəzarətdən kənardır. «NBC News» feyk xəbərlərdir, hətta CNN-dən də betər yalançıdır. Bu, dürüst jurnalistika üçün rüsvayçılıqdır», - Tramp bildirib.
Prezident əlavə edib ki, dövlət katibi Tillerson və vitse-prezident Pens «NBC News» telekanalının «uydurmasını» tam təkzib etməlidir. «Onlar isə Amerikadan üzr istəməlidir», - Ağ Ev rəhbəri vurğulayıb.
Qeyd edək ki, indiyədək Trampın komandasından bir sıra yüksək vəzifəli istefaya gedib. Onun milli təhlükəsizlik müşaviri Maykl Flinn isə həmin vəzifədə cəmi 3 həftə işləməklə rekord vurub.