
Uçuşdan sonra isti duş təhlükəlidir
Qan dövranında problemlər yarana bilər
Qan dövranında problemlər yarana bilər
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Bəxşişlər artır, cəzalar sərtləşir
Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
... Sosial şəbəkədə etirazlar yağdı
Sərxoş sərnişin qandaldan xilas oldu, təyyarə təcili eniş etdi
“EasyJet” pilotunu tanıyan sərnişinlər hava yollarına şikayət etdi
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
“F-2A”nın pilotu xilas edildi
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Qəzada 4 nəfər öldü
«The Telegraph» yazır ki, yeni elmi hesabata görə sərnişin təyyarələri qarşıdan gələn onilliklərdə hava burulğanlarına və ya təlatümlərinə indikindən üç dəfə artıq düşəcək.
Ekspertlər deyirlər ki, sərnişinlər arasında uçuş zamanı xəsarət alanlar çoxalacaq və sərnişinlər uçuşun getdikcə daha çox hissəsini oturacaqlarına kəmərlənmiş şəkildə keçirməyə məcbur olacaqlar.
Hesabatda deyilir ki, bu hala qlobal iqlim dəyişikliyi səbəb olacaq.
Həmçinin qeyd olunur ki, transatlantik reyslərdə təlatümlərin sayı 180 faiz, Avropa səmalarında isə 160 faiz artacaq.
Alimlər artıq aydın səmada burulğan hallarının artmaqda olduğunu müşahidə ediblər. Britaniyadakı «Reading» Universitetinin alimlərinin riyazi hesablamaları göstərib ki, hava burulğanları uzunmüddətli qlobal şəraitə çevriləcək.
Bu hesablamalara görə uçuş zamanı xəsarət alanların sayı 2050-ci ilədək üç dəfə artacaq.
«Reading» Universitetinin atmosfer elmi professoru Pol Uilyams (Paul Williams) deyir ki, hava burulğanları bütün planet boyunca, müxtəlif fəsillərdə və müxtəlif hündürlüklərdə artmaqdadır.
Alimin fikrincə qlobal iqlim dəyişikliyi ilə əlaqədar bu vəziyyət pişləməkdə davam edəcək.
Aydın səmada burulğan təlatümlərin ən təhlükəlisidir, çünki o radar sistemlərinə düşmür.
Qlobal istiləşmə yüksək hündürlüklərdə küləklərin sabitsizliyini və güclü küləklərin sayını artırır.
Hesabatda deyilir ki, hətta sərt hava burulğanları da təyyarələr üçün ciddi təhlükə təşkil etməsə də, sərnişinlərin xəsarət alması halları artacaq.
Ötən iyunda «China Eastern Airlines» hava şirkətinin Parisdən uçan təyyarəsinin hava burulğanına düşməsi nəticəsindı 20-dək sərnişin xəsarət almışdı.
Hazırda uçuş zamanı xəsarət alanların sayı ildə bir-iki yüz nəfəri keçmir.
Ötən ay «Boeing» təyyarəqayırma şirkəti elan etmişdi ki, hazırda yeni lazer texnologiyalı radarların yaradılması üzərində iş gedir. Bu sistem pilotlara hava burulğanını 16 kilometrdən tutmaq imkanı verəcək. Lakin təyyarələrin orta sürətinin saatda 885 kilometr olduğu nəzərə alınarsa, pilotların tədbir görmək üçün yalnız 60 saniyəyədək vaxtı olacaq.
Professor Uilyams ümid edir ki, gələcəkdə aviasiya sinoptikləri hava şəraitini daha təkmil proqnozlaşdıra biləcəklər.
«Geophysical Research Letters» elmi jurnalında dərc edilmiş məqalədə deyilir ki, 2050-ci ilədək Şimali Amerika səmalarında hava təlatümlərinin sayı 110 faiz artacaq. Bu rəqəm Şimali Sakit okean üzərində 90 faiz, Asiya üzərində isə 60 faiz olacaq.
Hazırda təyyarələr bütün uçuş vaxtının 3-4 faizini burulğanlı şəraitdə keçirir.