ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
21:30 | 13 noyabr 2017 | Bazar ertəsi
Məqaləyə 2605 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Birləşmiş Ştatlarda keçən il nifrət zəminində cinayətlərin sayının bir qədər artdığı müşahidə edilir. Federal Təhqiqatlar Bürosuna (FTB) əsasən, nifrət zəminində insidentlərin əsas hədəfi olan bir neçə qrup, o cümlədən ərəblər, müsəlmanlar, trangenderlərlə bağlı insidentlərin sayı kəskin artıb.
FTB-nin nifrət zəminində illik statistikalarına görə, 2015-ci ildə 5850 insidentlə müqayisədə bu insidentlər 2016-cı ildə 4 faiz artaraq, 6121-ə çatıb.
Bu, 2004-cü ildən bəri ilk dəfədir ki, Birləşmiş Ştatlarda nifrət zəminində cinayətlərin sayı bir-birinin ardınca iki ildir artır. 2015-ci ildə nifrət zəmininə cinayətlərin yeddi faiz artdığı bildirilirdi.
Son rəqəmlər nifrət zəminində cinayətlərin azlıqda olan bir neçə qrupu hədəf aldığını göstərir.
Transgenderlərə qarşı cinayətlər 44, ərəblərə qarşı 38, müsəlmanlara qarşı isə 19.5 faiz, qeyri-ağlara qarşı cinayətlərin sayının 17,5, latın amerikalılar əleyhinə isə insidentlərin 15 faiz artdığı göstərilir.
Hesabatda yəhudilər əleyhinə insidentlərin üç faiz artdığı, qaradərililərə qarşı nifrət zəminində cinayətlərin isə 0.3 faiz azaldığı deyilir. Asiyalılara qarşı insidentlərin isə əvvəlki səviyyədə qaldığı göstərilir.
FTB «irqi, etnik mənsubiyyəti mənşəyi, dini, seksual mənsubiyyəti, əlilliyi, genderi və gender kimliyi» ilə əlaqədar motivlərlə törədilmiş cinayət hallarını nifrət zəminində cinayət olaraq müəyyən edir.
Agentlik nifrət zəminində cinayət hallarının qeydiyyatını 1992-ci ildən başlayaraq aparır.
Keçən ildən etibarən FTB ərəblər, hindlilər və sikhlərə qarşı nifrət zəminində cinayət hallarını da statistikaya daxil etməyə başlayıb.
Agentliyin nifrət zəminində cinayətlərlə bağlı statistik rəqəmlərinin təxminən bir il geri qaldığı və Amerikada bu zəmində insidentlərin miqyasını əks etdirmədiyi hesab edilir.
San Bernardirnoda Kaliforniya ştat universitetinin rəqəmləri 2017-ci ildə ABŞ-ın əsas şəhərlərində nifrət zəminində cinayətlərin artmaqda davam etdiyini göstərir.