Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:20 | 24 dekabr 2017 | Bazar
Məqaləyə 3033 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp ölkəsinin miqrasiya siyasətinə həsr edilmiş brifinq zamanı özündən çıxıb. Tabeiçiliyindəkiləri və ABŞ-a axın edən miqrantları söyüb. Virtualaz.org xəbər verir ki, bu haqda «The New York Times» qəzeti Ağ evdəki brifinqin iştirakçılarından birinə istinadən yazır.
Məlumata görə, Tramp ona təqdim edilən statistikada Əfqanıstan, Haiti və Nigeriyadan ABŞ-a gələnlərin sayı ilə bağlı rəqəmləri görəndə özündən çıxıb. O, həmin ölkələrin vətəndaşlarının ünvanına təhqirlər yağdırıb.
Prezident Əfqanıstanı «terrorçular üçün cənnət» adlandırıb, Nigeriyadan gələnlər üçün isə deyib ki, onlar bir dəfə ABŞ-a ayaq basan kimi daha heç vaxt öz daxmalarına geri qayıtmazlar. Tramp bildirib ki, bu ilin əvvəlindən ABŞ-a 15 min Haiti sakini gəlib. «Onların hamısında QİÇS var», - Tramp bildirib.
Bu brifinq hələ iyunun əvvəllərində olub, lakin qəzetə məlumatı indi ötürüblər. Bildirilir ki, o vaxt daxili təhlükəsizlik naziri olan Con Kelli və dövlət katibi Reks Tillerson Trampa statistikanı düzgün başa düşmədiyini izah etməyə çalışıblar. Bildiriblər ki, bu rəqəmlər təkcə miqrantların sayını deyil, işlə bağlı və ya turist kimi ABŞ-a gələnlərin də sayını özündə əks etdirir. Lakin prezident buna məhəl qoymayıb, tabeçiliyində olanları qəzəblə ittiham etməkdə davam edib, deyib ki, tabeçiliyindəkilər onu dostlarının yanında axmaq vəziyyətdə qoyurlar.
Mənbələrdən birinin dediyinə görə brifinq zamanı ehtiraslar o qədər şiddətlənib ki, Kelli aşağı rütbəli əməkdaşlara otağı tərk etməyi tapşırıb. Lakin həmin əməkdaşlar qapının arxasından belə Trampın tabeçiliyindəkiləri necə söydüyünü eşidiblər.
Ağ Evin mətbuat katibi Sara Sanders bu məlumatı şərh edərkən həmin brifinqin olduğunu təsdiq edib, amma müzakirələrin qəzetdə yazıldığından fərqli aspektdə getdiyini bildirib. «Bu kədərlidir ki, qəzet öz anonim mənbələrinə istinadən yalan dərc etməyə hazırdır»-mətbuat katibi bildirib.