Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
22:03 | 26 aprel 2018 | Cümə axşamı
Məqaləyə 1699 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sərkisyan arasında telefon danışığı olub. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
“Ermənistandakı mövcud vəziyyət müzakirə edilib. Vladimir Putin və Armen Sərkisyan böhranın qısa müddətdə aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrini təmkin və məsuliyyət göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və Konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar”, - məlumatda deyilir.
***
20:17
İrəvanın mərkəzindəki Respublika meydanında “Məınim addımım” təşəbbüs qrupunun mitinqi başlayıb.
Həmin mitinqdən canlı yayımı diqqətinizə çatdırırıq.
***
19:57
“Yelk” fraksiyası Ermənistan müxalifətinin lideri, ölkədə etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Ermənistan KİV-ləri xəbər verir ki, bununla bağlı fraksiyanın bu gün yaydığı bəyanatda vurğulanıb.
“Fraksiya Nikol Paşinyanı Ermənistanın baş naziri vəzifəsinə namizədliyini irəli sürmək qərarına gəlib”, - sənəddə qeyd olunub.
***
19:52
Ermənistanın ilk baş naziri, Respublika İctimai Şurasının başçısı Vazgen Manukyan kütləvi etiraz aksiyalarının səbəb olduğu siyasi böhrandan çıxmaq üçün milli barışıq hökumətinin formalaşdırılmasını təklif edib.
Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bununla əlaqədar Manukyan deyib: “Parlament milli barışıq hökumətini qurmalı və 20-30 gün ərzində seçki məcəlləsinin layihəsini hazırlamalıdır. Bundan sonra növbədənkənar parlament seçkiləri keçirilməlidir”, - Manukyanın adından İctimai Şuranın mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
V.Manukyanın fikrincə, seçkilərin altı aydan sonra keçirilməsi daha məntiqli olardı ki, partiyalar yeni qaydalara uyğun hərəkət edə bilsinlər.
***
18:53
Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan iqtidarda olan Respublikaçılar partiyasından dərhal təslim olmağı tələb edib.
Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki. bu barədə o, Respublika meydanında keçirilən mitinqdə deyib.
“Bizim yalnız bir tələbimiz var – ERP-nin dərhal təslim olması – qeyd-şərtsiz”, - Paşinyan bildirib.
O əlavə edib ki, görüşlərdə iştirak etmək üçün iki saat müddətinə mitinqi tərk etməlidir.
Bundan əlavə, Paşinyanımn sözlərinə görə, hazırda xidməti borclarını yerinə yetirən polis əməkdaşları da etirazçıların tərəfinə keçiblər.