Növbə Kubaya çatdı?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
18:10 | 27 aprel 2018 | Cümə
Məqaləyə 1710 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
ABŞ Senatının komitəsi xüsusi prokuror Robert Müllerin işdən çıxarılmasını əngəlləyəcək qanunvericiliyi təsdiqləyib. Bu arada prezident Donald Tramp xüsusi prokurorun təhqiqatına müdaxilə edə biləcəyinə eyham vurub. Müller Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlbirlik iddialarını araşdırır.
“Onlar Birləşmiş Ştatlar prezidentinə qarşı əcinnə ovuna çıxıblar. Ədliyyə Departamentinin işindən çox məyusam”, – Tramp aprelin 26-da “Fox News”un səhər proqramına telefonla müsahibəsində deyib.
Tramp deyib ki, Ədliyyə Departamentinin işinə müdaxilə etməmək mövqeyini tutub, ancaq bu mövqeyi dəyişə də bilər.
“Bunun başa çatmasını gözləyəcəyəm. Bu, tamamilə yalanlardan ibarətdir və çox dəhşətli şey baş verir. Bir məqamda fikrimi dəyişə bilərəm, çünki baş verənlər biabırçılıqdır”, – o, sözlərinə əlavə edib.
Ağ Ev bir neçə dəfə bildirib ki, Trampın Mülleri işdən çıxarmağa hüququ və səlahiyyəti çatır.
Respublikaçı və Demokratlar partiyalarından konqresmenlər isə Trampa xəbərdarlıq ediblər ki, Müllerin işdən çıxarılması konstitusiya böhranı yaradar.
Aprelin 26-da Senatın Ədliyyə Komitəsi Mülleri səbəbsiz vəzifədən kənarlaşdırılmaqdan qoruyacaq qanunu 14-7 səs çoxluğuyla qəbul edib. Komitənin aparıcı demokrat üzvü, senator Patrik Lihi “Twitter”dəki səhifəsində yazıb ki, Trampın “bu səhər bəlağətli sözləri hüququn aliliyinə zərbə vurur”. Onun sözlərinə görə, Tramp Riçard Niksondan bəri Ədliyyə Departamentinin işinə istənilən prezidentdən artıq müdaxilə edib”.
Senat çoxluğunun lideri Mitç Makkonelin bu qanunvericiliyi Senatın tam müzakirəsinə çıxarılmasına icazə verib-verməyəcəyi bəlli deyil. Makkonelin fikrincə, Müllerə qoruma lazım deyil, çünki o, Trampın xüsusi prokuroru işdən çıxaracağına inanmır.
Baş prokuror Ceff Şessns da aprelin 26-da Trampın giley-güzəranı dəstəkləyib. Vaxtilə prezident onu özünü Rusiya istintaqından kənara çəkdiyinə görə tənqid edirdi.
“Prezident narahatdır. O, hər gün Fransa, Şimali Koreya, Suriya, vergilər, sərhədin nizamlanması, cinayətkarlığın yoluna qoyulması ilə məşğuldur. Mən də bu işin bitməsini arzulayıram. Onun məyusluğunu, Amerika xalqının məyusluğunu anlayıram”, – senator deyib.