Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:39 | 12 iyun 2018 | Çərşənbə axşamı
Məqaləyə 2102 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İyunun 12-də Sinqapurda ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya (KXDR) lideri Kim Çen In arasında tarixi zirvə görüşü keçirilib.
Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, liderlər arasında danışıqlar Sentosa adasındakı “Kapella” hotelində aparılıb.
Bakı vaxtı ilə saat 5:00-da başlayan görüşdən əvvəl hər iki lider ABŞ və Şimali Koreya bayraqlarının qarşısında bir-birlərinin əlini sıxıblar. Daha sonra bərabər olaraq təkbətək görüşün keçiriləcəyi otağa keçiblər.
Ümumilikdə təkbətək və geniştərkibli formatda keçirilmiş görüş bir saat yarım davam edib. Danışıqlar zamanı geniştərkibli formatda ABŞ-ı dövlət katibi Maykl Pompeo, Ağ ev əməkdaşları aparatının rəhbəri Con Kelli, prezidentin mətbuat katibi Sara Sanders, prezident administrasiyasının milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Vaşinqtonun Filippindəki səfiri Son Kim və Asiya üzrə Milli Təhlükəsizlik Şurasının böyük direktoru Mett Pottincer iştirak edib.
Şimali Koreyanı isə Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavinləri Kim Yon Çxol və Li Su Yon, xarici işlər naziri Li Yon Xo, xalq silahlı qüvvələri naziri No Qvan Çxol, XİN rəhbərinin müavini Soy Son Xi, Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon və Əmək Partiyası Mərkəzi Komitəsinin departament direktoru Xan Kvan San təmsil edib.
Görüşdən sonra hər iki lider mətbuat nümayəndələrinə qısa açıqlamalar verib.
Donald Tramp çox əhəmiyyətli bir görüş keçirdiklərini söyləyib. Tramp qısa açıqlamasında böyük problemlərin həllinə nail olacaqlarını deyib. ABŞ prezidenti bildirib ki, görüş heç kimin gözləmədiyindən də yaxşı keçib. O, Vaşinqtona qayıtdıqdan sonra Şimali Koreya ilə bağlı sənəd imzalayacağını vurğulayıb. Amma söhbətin hansı sənəssən getdiyini açıqlamayıb.
Kim Çen In isə görüşə gəlmək üçün bəzi maneələri aşdığını vurğulayıb. Ümumiyyətlər tərəflərin iki ölkə arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə etdiyi bildirilir.
Görüşdə müzakirə olunan məsələlər və əldə olunan nəticələr barədə hələlik detallı məlumat verilmir.