Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:37 | 16 iyun 2018 | Şənbə
Məqaləyə 2444 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ermənistanın baş naziri Nikol Paşinyanın futbol üzrə Dünya Çempionatının açılış mərasimi üçün getdiyi Moskvada prezident Vladimir Putinlə görüşündən az sonra -iyunun 15-də “Rosselxoznadzor” onun ölkəsinə qarşı əcaib qadağa tətbiq edib.
Virtualaz.org xəbər verir ki, “Rosselxoznadzor”a istinadən əvvəlcə Ermənistandan bütün növ canlıların-sürünənlərin, uçanların, dördayaqlıların və s. Rusiyaya gətirilməsinə qadağa qoyulduğu haqda TASS məlumat yayıb. Sosial şəbəkələrdə dərhal bu qadağa Paşinyanla Putinin görüşündə anlaşma əldə edilməməsi kimi yozulub. Çünki “Rosselxoznadzor” bundan əvvəl də dəfələrlə Kremlin cəzalandırmaq istədiyi keçmiş sovet respublikalarına qarşı siyasi təzyiq aləti kimi tətbiq edilib.
Daha sonra “Rosselxoznadzor” açıqlamaya düzəliş edərək bildirib ki, əvvəlki bəyanat yanlış anlaşılıb və qüvvədən düşmüş hesab olunur. Əslində Ermənistandan təkcə primatlar sinfinə (yarımmeymunlar və meymunlar sinfi, əslində biologiya elmində insan da bu sinfə aid edilir - red.) aid olan canlıların Rusiya ərazisinə gətirilməsi “müvəqqəti qadağan olunur”.
“Rosselxoznadzor” bunu Ermənistandan Rusiyaya primatlar sinfinə aid canlıların gətirilərkən sənədli və fiziki nəzarət zamanı dəfələrlə pozuntuların qeydə alınması ilə əsaslandırıb.
Məsələ burasındadır ki, Ermənistan meymunlar ölkəsi deyil və Afrikada yerləşmir. Bu səbəbdən “Rosselxoznadzor” nədən qəfildən Ermənistandan Rusiyaya meymunların gətirilməsi zamanı “dəfələrlə pozuntuların baş verdiyini” yada salıb və belə qadağa tətbiq edib? Axı Ermənistandan primatlar sinfinə aid olan məməlilərin Rusiyaya daşınması nə dərəcədə intensiv imiş ki, “Rosselxoznadzor” hərəkətə keçib?
Belə görünür ki, bu qadağa tamamilə siyasidir və hətta ermənilərə, Ermənistanın indiki rəhbərliyinə verilmiş təhqiramiz mesajdır. Çünki “meymun” sözünün rusca ifadəsi “obezyan” olduğuna görə qara yumor həvəskarları Rusiyada çox vaxt “obezyanların” da erməni olduğu haqda lətifələr qoşurlar. Və Putinin xoşuna gəlməyən xarici liderlərin Rusiya təbliğat vasitələrində qara yumor hədəfinə çevrildiyi barədə çoxsaylı nümunələr göstərmək olar.
Putin-Paşinyan görüşünün jurnalistlərə açıq hissəsinin videokadrlarında Rusiya prezidentinin rus dilində çox pis danışan, fikirlərini düz-əməlli ifadə edə bilməyən saqqallı Ermənistan liderini necə istehza ilə süzdüyünü görmək çətin deyil. Hansı ki, bu saqqallı inqilabçı-keçmiş qəzet redaktoru öz komandasını tamamilə qərbyönümlü tərəfdaşlarından, hətta Putini söyənlərdən formalaşdırıb. Və Paşinyanın hökumətinin belə tərkibi Rusiya siyasi dairələrində çox aqressiv qarşılaşıb və neçə vaxtdır ki, Ermənistanın yeni hakimiyyətinə qarşı sistemli təbliğat aparılır. Paşinyana müxtəlif ekspertlərin vasitəsilə mesajlar verilir ki, Rusiyanın maraqlarına qarşı bu cür laqeydlik Ermənistana Qarabağın itirilməsi hesabına başa gələ bilər. İndi isə Ermənistandan “obezyanların” Rusiyaya girişinə qadağa qoyulur...
Fərhad MƏMMƏDOV