Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:49 | 4 sentyabr 2018 | Çərşənbə axşamı
Məqaləyə 1889 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə heç bir problemin olmadığını desə də bu münasibətlər pisləşməkdə davam edir. Virtualaz.org xəbər verir ki, Paşinyanın hökuməti ilə Rusiyanın münasibətlərinin kifayət qədər pis olması barədə növbəti məlumat “İravnuk” (“Haqq”) qəzetində dərc edilib.
Qəzeti məlumatlandıran mənbənin bildirdiyinə görə Rusiya rəhbərliyi KTMT-nin Baş katibi Yuri Xaçaturovun İrəvana çağırılmasını və orada ona ittiham elan edilməsini Paşinyana bağışlamayıb. Xəbər verildiyi kimi Xaçaturovun barəsində ev dustaqlığı qərarı verilib, amma Rusiyanın güclü təzyiqlərindən sonra ona Moskvaya qayıtmağa icazə veriblər.
Mənbənin bildirdiyinə görə Xaçaturova görə qəzəbdən əlavə Rusiyada işlərən erməni oliqarxlara ən yüksək səviyyədə xəbərdarlıq olunub. Onlara tapşırılıb ki, Ermənistan hökumətinə bir qəpik də vermək olmaz.
Rusiyada yaşayan bir çox erməni biznesmenlər hələ bu xəbərdarlıqdan əvvəl Ermənistandakı proqramlarını dondurublar. “Bu günlərdə erməni biznesmenlər kifayət qədər narahat və hiddətlidir, dar çərçivədə deyirlər ki, hələ heç kim onlarla bu tonda danışmamışdı”, - mənbə bildirib.
“168 jam” qəzeti isə Ermənistan hakimiyyətinin Rusiyanı hiddətləndirəcək daha bir addım atmağa hazırlaşdığını yazır. Qəzetin yazdığına görə hakimiyyət keçmiş baş nazir, hazırda Avrasiya İqtisadi Birliyinin “hökumətinin”-Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Tiqran Sərkisyanın barəsində cinayət işi qaldırmaq üçün materiallar toplayır.
“Mənbələr deyir ki, Sərkisyana qarşı proses daha əvvəl başlamalı idi, amma Rusiyanın KTMT Baş katibi Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsinə qızğın reaksiyası buna mane oldu. Rusiya Xaçaturovun təqib edilməsini Ermənistan hakimiyyətinin KTMT-ni nüfuzdan salması kimi qiymətləndirib”, - məlumatda deyilir.