Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:47 | 7 sentyabr 2018 | Cümə
Məqaləyə 1895 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Sabah Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gedir və gözlənilir ki, onun Rusiya prezidenti Vladimir Putinlə söhbəti çox gərgin olacaq. Bunun səbəbləri isə xeyli çoxdur-Paşinyanın hökumətinin tamamilə qərbmeyllilərdən, “Sorosun adamlarından”, hətta Putini söyənlərdən təşkil olunması, Ermənistanda 2008-ci ilin 1 mart hadisələrinin istintaqı çərçivəsində Moskvanın adamlarının, o cümlədən eks-prezident Robert Köçəryanın və KTMT-nin baş katibi Yuri Xaçaturovun təqib edilməsi, Rusiya hərbi bazasına qarşı təbliğat və s.
Virtualaz.org xəbər verir ki, “Nezavisimaya qazeta” bu günkü redaksiya məqaləsini Paşinyanın gözlənilən səfərinə həsr edib. Qəzet yazır ki, bu səfər Ermənistanla Rusiya arasında münasibətlərdə həlledici ola bilər, ən azından yaxın dövr üçün.
Bu günlərdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Nikol Paşinyanla Vladimir Putinin arasında “ciddi söhbət olacağını” deyib. “Həm bizim tərəfdən, həm erməni tərəfdən bir çox suallar yığılıb qalıb”, - Uşakov belə deyib və İrəvanın səmimiliyinə ümid etdiklərini vurğulayıb.
“Bu sözlərin sətirarasında belə eyhamı tutmaq olar ki, əgər erməni tərəfi bir şey deyib başqa şey eləmək niyyətindədirsə o zaman...ən yaxşısı lazım deyil. Yaxın keçmişdən xatırlamaq olar ki, Kremli aldatmaq arzusu və cəhdləri bir çox keçmiş sovet respublikaları üçün uğursuz məşğuliyyət olub. Ola bilsin Ermənistan baş naziri özgəsinin təcrübəsindən dərs çıxarıb”-qəzet Paşinyana Kremlə “atmaq” niyyətinə düşsə onu hansı aqibət gözləyəcəyi barədə açıq mesaj verərək yazır.
Məqaləyə əsasən Moskvanı Paşinyanla görüşdə aşağıdakı məsələlər maraqlandıra bilər: İrəvanın kursunun dəyişməz qalması; Gümrüdə Rusiya hərbi bazasının dislokasiyasına dair müqavilənin şərtlərini İrəvanın təftiş etmək niyyətləri; erməni hərbçilərinin Suriyaya göndərilməsi, hansı ki, bu barədə əvvəlki hakimiyyətin vaxtında razılıq əldə edilmişdi; “VİP-personalar” üzərində məhkəmə prosesləri, o cümlədən KTMT baş katibinin istintaqa cəlb edilməsi, Avrasiya İttifaqı “hökumətinin” başçısı Tiqran Sərkisyana cinayət işi qaldırılacağı haqda xəbərlər.
Erməni politoloq David Petrosyan qəzetə açıqlamasında deyir ki, ola bilsin danışıqlarda konkret Paşinyanın özünün xətti deyil, onun komandasının peşəkarlığı çatmayan, üstəlik qərbə meyllənən hissəsinin xətti müzakirə olunacaq. Onun fikrincə şübhə yoxdur ki, Paşinyan özü xarici siyasət kursunu saxlamaq istəyir, ancaq ətrafının bir hissəsi onu disbalansa çəkir. Bu baxımdan ekspert Paşinyanın xarici siyasət məsələləri üzrə köməkçisi Arsen Xaratyanın Almaniya kansleri Angela Merkellə görüşdən dərhal sonra istefa verməsini qeyd edir. Hesab edir ki, həmin görüşdə iştirak edən Petrosyan Rusiya haqda nəsə ehtiyatsız ifadə işlədib və dərhal bunun əvəzini ödəyib.
F.MƏMMƏDOV