
Vaxtın bitməsinə 48 saat qaldı
Amazon TikTok almaq üçün son dəqiqə təklif etdi
Amazon TikTok almaq üçün son dəqiqə təklif etdi
“NATO-ya verdiyi töhfələr saysız-hesabsızdır”
ABŞ Çin ətrafında sipər çəkir
İranda təxminən 100-dən çox iri hərbi obyekt mövcuddur
ABŞ Prezidentinin ağzını sulandıran Qrenlandiyada kritik xammal üçün böyük potensial var
Mətbuat Ağ Ev administrasiyasının hədəflənmiş variant üzərində işlədiyini bildirir
Pentqaon İrana qarşı ciddi hazırlığa başlayır
Tramp Maskla ayrılacaqlarının siqnalını verdi
600 milyardlıq gözlənti, AB tətikdə və BRİCS pusquda durub
İş yerlərinin sayı bazar gözləntilərinin altında düşüb
Yaraqlılar “MQ-9 Reaper” PUA-sını vurub
“Tramp böyük siyasət dəyişikliklərlə bağlı fikrini dəyişməsi ilə tanınır”
SEPAH 10 baza və 50.000 ABŞ əsgərini hədəfə almaqla hədələyir
AB ABŞ-ın tariflərinə güclü cavab verməyə hazırdır
Varşava 2 milyard dollarlıq “Patriot” müqaviləsi imzalayır
Trampın Putinə son hədəsi
6 noyabr 2018-ci ildə ABŞ-da parlament seçkiləri keçiriləcək. Bu seçkilərin ABŞ daxili və xarici siyasətinə, o cümlədən, 2020-ci ildə keçiriləcək prezident seçkilərinə böyük təsiri olacağı gözlənilir. Noyabrda keçiriləcək seçkilər ən əsası ABŞ vətəndaşlarının Trampın iki illik prezidentliyi dövrünə olan münasibətini ifadə edəcək. Bəlkə də ABŞ tarixinin ən yadda qalan və ən önəmli seçkilərindən biri olacaq noyabr seçkilərinin indidən Trampı həyəcanlandırdığını və narahat etdiyini müşahidə edirik. Belə ki, son günlərdə ABŞ mətbuatında yayılan Trampın evangelist liderlərlə görüşünün gizli səs yazısı bu faktı təsdiqləyə bilər. Tramp ortaya çıxan səs yazısında 6 noyabrda keçiriləcək seçkilərlə bağlı qorxusunu etiraf edib. Belə ki, o, bu barədə "Sahibi olduğumuz hər şeyi itirməyə sadəcə bir seçki qədər uzağıq" deyərək rahiblərdən öz xütbələrində onun iqtidarına dəstək olmalarını xahiş edib.
Trampın bu narahatlığının əsas səbəbləri həm ölkənin daxilində, həm də beynəlxalq aləmdə ona qarşı təbliğat kampaniyalarının aparılması və bu kampaniyalara geniş insan kütlələrinin axını ilə bağlıdır. Həmçinin, ABŞ siyasi ekspertləri onu xarici siyasəti düzgün idarə edə bilməmək və diplomatik protokola əməl etməməkdə günahlandırırlar. Sözün həqiqi mənasında Trampın xarici siyasətdə atdığı addımlardan sonra ABŞ beynəlxalq aləmdə tənqid edilməyə və nüfuz itirməyə başlayıb. Türkiyə, Almaniya, Fransa, Braziliya, Meksika, Pakistan və digər dövlətlər Trampdan öncə ABŞ-ın strateji müttəfiqləri hesab edilsələr də bu gün ABŞ ilə müxtəlif siyasi problemlər yaşayır və bu da ABŞ ilə bu dövlətlər arasında müttəfiqlik münasibətlərini zədələyir. Bütün bunlar xüsusən, seçkilər ərəfəsində ABŞ siyasi politrasında və mətbuatında geniş müzakirə olunacaq.
6 noyabrda keçiriləcək parlament seçkilərində 435 nəfərdən ibarət Nümayəndələr Palatasının hamısı, 100 nəfərdən ibarət Senatın isə 1/3-i (33 nəfər) dəyişəcək. Hal-hazırda parlamentdə say cəhətdən üstünlük Respublikaçılara məxsusdur. Ama mütəxəssislər noyabr seçkilərində Demokratların status-kvonu dəyişə biləcəklərini proqnozlaşdırırlar. Tramp ötən günlərdə yaxınlaşan seçkilərlə bağlı açıqlama verərək əsas rəqibləri olan Demokratları sərt tənqid edib. O, bildirib ki, “dəlilər kimi mubarizə aparıb həm Senatı, həm də Nümayəndələr Palatasını qazanacayıq. Bütün ABŞ vətəndaşları bilməlidir ki, Demokratlara verəcəkləri hər səs sərhədlərin yenidən açılması və cinayətlərin artması deməkdir”.
Əslində noyabr seçkilərində Tramp ilə mübarizə aparan sadəcə Klinton və demokratlar deyil. Bir çox ABŞ milyarderi Tom Steyer başda olmaqla demokratlara həm maddi həm də təşkilati cəhətdən böyük dəstək verməkdədir. Bu barədə Tom Steyer qeyd edir ki, “Trampın hakimiyyətdən uzaqlaşması üçün noyabr seçkiləri iri bir başlanğıc olacaq”. Doğrudan da əgər noyabr seçkilərində Tramp hətta parlamentin iki palatasından birini belə itirsə bu onun hakimiyyətinin sonu ola bilər. Çünki istənilən halda parlament əsas qanunverici orqandır və bu isə o deməkdir ki, əgər Tramp seçkilərdə məğlub olarsa özü müstəqil qərarlar qəbul edə bilməyəcək, həmçinin onun qəbul etdiyi istənilən qərara parlament veto qoya biləcək. Bundan əlavə Tramp hökumətinə qarşı Demokratların sayca üstün olduğu parlament hər an impiçment (hakimiyyətdən qanuni yol ilə uzaqlaşdırma) prosedurunu həyata keçirə bilər.
6 noyabr seçkiləri ilə bağlı ötən günlərdə Demokrat partiyasının məşhur nümayəndələrindən biri Cim Kessler açıqlama verib. O qeyd edib ki, Tramp hakimiyyətə gəldikdən sonra gözlənilənin əksinə Demokratlar öz sosial bazasını daha da genişləndirib. Kessler əminliklə bildirib ki, Demokratlar 6 noyabrda böyük səs çoxluğu əldə edərək qalib gələcəklər. Qeyd etməliyik ki, doğrudan da 6 noyabr seçkilərində Trampın uğursuzluğu daha real görünür və əgər parlament Demokratların əlinə keçərsə ABŞ-da yaxın zamanlarda ciddi hakimiyyət böhranı yaşana bilər.
Nicat İSMAYILOV