Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:48 | 11 fevral 2019 | Bazar ertəsi
Məqaləyə 1678 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
İsrail, Böyük Britaniya və ABŞ kəşfiyyatının İrandan nüvə alimini oğurlayıb aparmasına dair yeni təfərrüatlar var. İsrail mənbələri bildirir ki, alimin İrandan qaçırılmasını “Mossad” həyata keçirib. O, İsraildə dindirildikdən sonra bütün Avropadan keçirilməklə Britaniya adalarına , oradan isə Amerikaya aparılıb.
İran hakimiyyəti alimin yoxa çıxmasından tez duyuq düşüb və onun axtarışı üçün İnqilab Keşikçiləri Korpusunun xüsusi dəstəsi ayrılıb. Lakin həmin vaxt alim artıq İranda deyildi.
Qərbə işləyən bu alim Fransada olanda Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin agentləri hüquqi problemlə qarşılaşıblar. Baxmayaraq ki, ABŞ İranla nüvə sövdələşməsindən çıxmışdı, Britaniya bu razılaşmaya hələ də sadiq qalırdı. Ona görə də Mİ6 agentləri alimi Böyük Britaniyaya qeyri-leqal yolla, içərisində miqrantlar olan qayıqla göndərməyi qərara alıb.
Kəşfiyyatdakı mənbə “Sunday Express”ə bunları deyib: “Biz onu sadəcə olaraq təyyarəyə mindirə bilməzdik. Hərçənd bu qeyri-adi görünür, amma qərar qəbul edildi ki, agenti qaçqınlar qrupu ilə birlikdə qayıqda La-Manş boğazından keçirdək və ölkəyə daxil edək”.
Beləliklə, alim 11 iranlı qaçqınla birlikdə La-Manş boğazını qayıqla keçir. Onlar Yeni il ərəfəsində Böyük Britaniyaya çatırlar. Qayığın Duvra yan alması planlaşdırılırdı, amma axın rezin qayığı sahildən uzaqlaşdırıb və Lidd istiqamətinə aparıb. Orada qayıqdakıları sürətli avtobanda hərəkət edən yük maşını sürücüləri görüb və hakimiyyət orqanlarına xəbər verib.
Britaniya sahillərinə içərisində 12 iranlı qaçqının (9 kişi, iki qadın və 10 yaşlı uşaq) olduğu qayığın gəlişi o vaxt bu ölkə KİV-lərində geniş işıqlandırılıb. Sahilə polislər göndərilib, eyni zamanda Mİ6 agentləri də ora yollanıblar və alimi götürüblər. Agentlər deyiblər: “Bizi əmin etdilər ki, İran nüvə sazişinə əməl edəcək. Bu, yaxşı xəbərdir”.
Mİ6 tərəfindən dindiriləndən sonra iranlı alimi Mərkəzi Kəşfiyyat İdarəsi ABŞ-a aparıb.