Yaxın Şərq gərginliyi birjaları sarsıtdı
Avropa indekslər üçüncü gündür enir
17:52 | 17 fevral 2019 | Bazar
Məqaləyə 2050 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa indekslər üçüncü gündür enir
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
SEPAH yenə Hörmüzlə təhdid etdi
Tramp İranla bağlı açıqlamalar verdi
İtki yoxdur
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
ABŞ Türkiyəyə yeni səfir təyinatına hazırlaşır. Bu mənada Ağ Evin namizədi kimi Devid Maykl Satterfildin adı çəkilir. Donald Tramp Satterfildin səfir təyin edilməsi üçün israrlıdır.
Əvvəlcə Satterfild haqqında qısa məlumat verək. Devid Maykl Satterfild 1954-cü ildə ABŞ-ın Mariland ştatının məşhur Baltimor şəhərində anadan olub. 1980-ci ildən bəri Yaxın Şərqlə bağlı bir sıra vəzifələri icra edib. 3 il (1998-2001) Livanda ABŞ səfiri kimi fəaliyyət göstərib. Hazırda məhz ABŞ Dövlət Departamentində Yaxın Şərq əlaqələri üzrə müşavir vəzifəsində çalışır. Göründüyü kimi Satterfild olduqca təcrübəli bir diplomatdır. ABŞ və Türkiyə münasibətlərinin hazırkı vəziyyətini və Suriyadakı fikir ayrılıqlarını nəzərə alsaq, Donald Trampın bu israrını başa düşmək çətin deyil. Lakin, bu təyinatın reallaşması üçün ABŞ senatında keçiriləcək səsvermənin nəticələrini gözləmək lazımdır. Onu da qeyd edək ki, hazırda ABŞ-ın Türkiyədə səfiri yoxdur. Sonuncu səfir isə Con Bass 2017-ci ilə geri çağırılıb.
ABŞ prezidenti Donald Tramp bu təyinatla həm iki ölkə arasındakı münasibətləri tənzimləmək, həm də Türkiyə və Rusiya münasibətlərinin gələcək perspektivləri barədə daha yaxından tanış olmaq istəyir. Düşünürəm ki, ABŞ bununla Türkiyə və Rusiya münasibətlərinin korlanması üçün mümkün bütün addımları ata bilər.
Uzunmüddət müttəfiq olmuş Türkiyə və ABŞ arasında gərginliyin bu həddə çatmasının əsas səbəbi Suriya konfliktidir. Digər fikir ayrılıqları da məhz bu münaqişədən sonra meydana çıxdı. Xüsusilə də Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin alınması da bu çatların dərinləşməsinə səbəb oldu. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Türkiyənin Rusiya ilə işbirliyi ABŞ-ın Suriyadakı maraqlarına mane olur. Bu səbəbdən də təyin ediləcək yeni səfir Devid Maykl Satterfildin iki ölkə münasibətlərinin bərpasına töhfə verəcəyi ehtimal edilir.
ABŞ-ın Yaxın Şərqlə bağlı uzun illər əvvəl hazırladığı bir plan var ki, bu da “Böyük Orta Doğu” projesi adlanır. Hərçənd ABŞ yaxın günlərdə, Suriyadan çıxacağını və burda qalmaq onlar üçün olduqca baha başa gəlir deyə əsgərlərini geri qaytaracağını dilə gətirmişdi. Amma bu ABŞ öz maraqlarından əl çəkəcək anlamına gəlmir. Donald Trampın bir neçə saat əvvəl “Suriyada mütləq bufer zona yaradılmalıdır” açıqlaması da buna sübutdur. Bu səbəbdən bölgəyə fransız, alman və ingilislərdən ibarət 1500 NATO hərbçisi yerləşdirəcək. Bundan başqa daha 200 ABŞ əsgəri də bölgədə qalacaq. Bu isə o deməkdir ki, ABŞ lideri olduğu NATO vasitəsilə Suriyada, o cümlədən Yaxın Şərqdə hərbi varlığını davam etdirəcək. Bölgəni beş barmağı kimi tanıyan Satterfildin səfir təyinatı isə bu varlığın diplomatik tərəfini həll edəcək.
Rusif MƏMMƏDSOY