Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:49 | 17 fevral 2019 | Bazar
Məqaləyə 1774 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ Senatına Arkanzas ştatından seçilmiş senator Tomas Braynt Kotton (Thomas Bryant Cotton) fevralın 16-da “Twitter” səhifəsində paylaşdığı statusda İranın dini lideri Əli Xamneyinin bir həftə əvvəl hərbçilərlə görüşündə Amerikaya və onun rəhbərlərinə qarşı səsləndirdiyi “Ölüm” şüarına reaksiya verib.
41 saylı senator Xamneyiyə səslənərək, onun başçılıq etdiyi islam respublikası rejimini “qanunsuz” və “qeyri-legitim” adlandırıb: “Ay qoca, sən bizim hər bizimizdən daha tez öləcəksən və sənin qanunsuz rejimin qeyri-legitim olduğuna görə çökəcək. Lakin, Amerika yenə də azad insanların yurdu olaraq qalacaq”.Xatırladaq ki, Xamneyi fevralın 8-də hava qüvvələri komandirləri qarşısında çıxış edərək, Donald Trampın ABŞ Konqresindəki illik çıxışında İranla bağlı səsləndirdiyi bəyanatına sərt reaksiya verib.
Amerika hökumətini şərdə, zorakılıqda, böhran yaratmaqda və militarizmə rəvac verməkdə günahlandıran Xamneyi deyib ki, islam respublikası “Amerikaya ölüm” şüarını səsləndirməyə davam edəcək: “Nə qədər ki, Amerika rejimi müdaxilə, şər və rəzalət istiqamətində hərəkət edir, “Amerikaya ölüm” şüarı güclü İran xalqının dilindən düşməyəcək. “Amerikaya ölüm” şüarı, Amerika hökmranlarına ölüm deməkdir. Daha doğrusu bu şüar, Trampa, Boltona və Pompeoya ölüm deməkdir. Bizim Amerika milləti ilə işimiz yoxdur”.