vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
“Daxili məsələləridir” 23:21 | 23 fevral 2019 | Şənbə Məqaləyə 1389 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Daxili məsələləridir”

Nazarbayevin qərarına Rusiyadan reaksiya

“Qazaxıstanın milli valyutası olan təngənin dizaynını və banknotlarını dəyişdirmək qərarı ölkənin daxili məsələsidir”. Rusiya mediasının istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Mariya Zaxarova qeyd edib ki, Moskva Qazaxıstanda ana dili rusca olan vətəndaşların hüquqları məsələsində Astana ilə rəsmi təmasdadır: “Biz məsələni diqqətlə izləyirik, çünki Xarici İşlər Nazirliyinin vəzifələri və məsuliyyətləri yalnız Qazaxıstan kontekstində deyil, rusdilli insanların yaşadığı hər yerdədir”.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev banknot və dəmir pulların dizaynında istifadə olunan yazı mətninin dövlət dilində aparılması haqqında fərman imzalayıb. Bu fərmandan sonra yeni əsginaslarda rusca yazı olmayacaq.