
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
ABŞ İranı “çəkindirmək” üçün Yaxın Şərq regionuna 120 minlik kontingent göndərməyə hazırlaşır. Bu barədə nüfuzlu “The New York Times” qəzeti Pentaqondakı və Ağ ev administrasiyasındakı mənbələrə istinadən bildirir.
Qəzetin yazdığına görə müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan ötən həftə Yaxın Şərq regionuna 120 min hərbçinin göndərilməsini nəzərdə tutan planı təqdim edib. Həmin plan o zaman reallaşacaq ki, İran silahlı qüvvələri Amerika hərbçilərinə hücum etsin və ya Tehran nüvə silahı əldə etməyə yönəlmiş fəaliyyətini artırsın. Lakin planda söhbət İrana birbaşa quru müdaxiləsindən getmir, Pentaqonda deyirlər ki, bunun üçün daha çox sayda hərbçi lazım gələrdi.
“The New York Times” dəqiqləşdirir ki, təşəbbüsün müəlliflərindən biri ABŞ prezidentin milli təhlükəsizlik müşaviri Con Boltondur. Amma prezident Donald Trampın həmin plan barədə nə dərəcədə məlumatlı olduğu göstərilmir. (virtualaz.org)
Bu arada Tramp özü jurnalistlərə bildirib ki, ona İran haqda “hansısa məlumatlar” daxil olub. “Əgər onlar nəsə etsələr bu ciddi səhv olacaq. Onlar nəsə etsələr ciddi ziyan çəkəcəklər”, - o deyib.
Xatırladaq ki, ABŞ İrana görə artıq Yaxın Şərq regionuna “Avraam Linkoln” təyyarədaşıyanını, “Arlington” desant gəmisini və strateji nüvə bombardmançılarının operativ qrupunu, habelə minlərlə əsgərini göndərib. Pentaqon bunu İranın Yaxın Şərq regionunda ABŞ-ın və ya müttəfiqlərinin maraqlarına hansısa hücum hazırladığı haqda “Mossad”dan daxil olan kəşfiyyat məlumatları əsasında edib. Bu arada ötən bazar günü Birləşmiş Ərəb Əmirliklərinin Hörmüz boğazının bilavasitə yaxınlığında yerləşən Fuceyra limanında dörd neft tankerinə naməlum qüvvələr tərəfindən diversiya həyata keçirilib. Səudiyyə Ərəbistanına aid iki tanker ciddi ziyan çəkib.