Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:07 | 15 may 2019 | Çərşənbə
Məqaləyə 2019 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Amerika Birləşmiş Ştatları İranla mümkün hərbi toqquşmaya hazırlaşır və Yaxın Şərq regionuna qüvvələr cəmləşdirməkdə davam edir. Xəbər verildiyi kimi regiona təyyarədaşıyan gəminin və bombardmançıların göndərilməsinin ardınca Pentaqon İranla mümkün müharibə üçün 120 minlik qüvvənin Yaxın Şərqə yeridilməsi planını da hazırlayıb. Bu plan İranın regionda ABŞ və müttəfiqlərinin hərbi bazalarına hücumu, yaxud Tehranın nüvə silahı əldə etmək fəaliyyətlərini gücləndirməsi halında işə düşəcək. Lakin İrana birbaşa müdaxilə nəzərdə tutulmur.
Senator Tom Kotton Amerikanın İranla qarşıdurmada cəmi iki zərbə ilə qalib gələcəyini deyib. Senator PBS telekanalının efirində İranla müharibəni mümkün sayıb. Bildirib ki, qələbə üçün ABŞ-a cəmi iki zərbə endirmək lazım gələcək.
“Bəli, iki zərbə. Birinci zərbə və sonuncu zərbə”, - Kotton ABŞ-ın İran üzərində qalib gəlmək imkanları barədə suala cavab olaraq deyib.
Senator bildirib ki, müharibənin başlanmasına səbəb İranın ABŞ hərbçilərinə və ya Birləşmiş Ştatların müttəfiqlərinin qoşunlarına hücum etməsi ola bilərdi. Lakin senator İrana “iki zərbənin” konvensional, yoxsa nüvə silahı ilə endiriləcəyini dəqiqləşdirməyib.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı (2000-2002), admiral Alan Uest isə ABŞ-ı İran ətrafında vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb. Onun sözlərinə görə, İrana zərbə “mütləq fəlakət” olacaq.
“Münaqişə riski artır. Bu, fövqəladə təhlükəlidir. Əgər ABŞ İrana hücum etməyə qərar versə bu acınacaqlı səhv olacaq. Birincisi, bütün dünya üzrə diversiya-terror aktları artacaq. İkincisi, İranın ciddi raket silahları var və bunu yaddan çıxarmaq lazım deyil”-admiral deyib.
Bu arada İran “altılar” qrupu ilə imzaladığı nüvə svdələşməsi üzrə öhdəliklərini qismən dayandırıb. Tehran bildirir ki, əgər Avropa ölkələri 50 gün ərzində İranı ABŞ sanksiyalarından qorumaq üçün addımlar atmasa bu sövdələşmədən tam çıxacaq və uranı zənginləşdirməyə başlayacaq.