Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:15 | 15 iyun 2019 | Şənbə
Məqaləyə 2083 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp iyunun 14-də jurnalistlərə açıqlamasında iki gün əvvəl Oman dənizində iki neft tankerində baş vermiş partlayışların birbaşa İran tərəfindən törədildiyini bəyan edib.
Tramp deyib ki, o İranın nüvə silahına yiyələnməsinə, Amerikanın və onun regional müttəfiqlərinin mənafeyini təhdid etməsinə imkan verməyəcək: “Oman dənizində neft daşıyan iki tankerdə baş verən partlayışların birbaşa amili İrandır. Bu, həqiqətən də onların işidir. Bunu siz də bilirsiniz və onların qayıqlarını da görmüsünüz. Təsəvvür edirəm ki, hücum zamanı, İranın istehsalı olan minalardan biri partlamayıb və İranın bir qayığı qaranlıqda gəmiyə yaxınlaşaraq, partlamayan həmin minanı onun göyərtəsindən ayırmağa başlayır və buna nail də olur. Həmin səhnələrdən çəkilən video lentlər isə onların bu partlayışlarda əli olduğunu ifşa edir.
Amerikanın İranın bu kimi hücumlarının qarşısını necə alacağı ilə bağlı məsələyə gəlincə, biz bunu görəcəyik və nələr baş verəcəyinin şahidi olacağıq. Əlbəttə ki, Oman körfəzi bağlanmayacaq. Bu baş versə belə, onun bağlı qalması çox çəkməyəcək. Bu, Hörmüz boğazına da aiddir. Hörmüz boğazı da bağlansa, uzun zaman bağlı qalmayacaq”, – deyə Donald Tramp əlavə edib.
Xatırladaq ki, iyunun 13-də Oman dənizində Yaponiyaya məxsus iki neft tankerində partlayışlar baş verib və gəmilərdən birində yanğın əmələ gəlib. Gəmilərə bombalı hücum, Yaponiyanın Tehranda İranın dini lideri Əli Xamneyi ilə görüşdüyü günə və vaxta təsadüf edib. Rəsmi Tehran isə iki gəmiyə hücumları “şübhəli” adlandıraraq, həmin hücumlarda əli olduğunu təkzib edib.