Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:43 | 22 iyun 2019 | Şənbə
Məqaləyə 1897 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp Hörmüz körfəzi üzərində Birləşmiş Ştatların pilotsuz kəşfiyyat təyyarəsinin vurulmasına cavab olaraq İranın hava hücumundan müdafiə batareyalarına və radarlarına zərbələrin endirilməsi barədə əmrini teleaparıcının məsləhəti ilə geri götürüb. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı “The New York Times” dərc edib.
Xəbər verildiyi kimi İran iyunun 18-də Hörmüz körfəzin üzərində ABŞ-ın “RQ-9 Global Hawk” strateji pilotsuz kəşfiyyat təyyarəsini vurub. İnqilab Keşikçiləri Korpusu təyyarənin İranın hava məkanında vurulduğunu bildirir. ABŞ isə təyyarənin beynəlxalq hava məkanında vurulduğunu deyir.
İranın bu addımına cavab olaraq ABŞ hərbi cavab variant hazırlayıb. Pentaqona əmr daxil olub ki, İranın bəzi hava hücumundan müdafiə batareyaları və radarları dəqiq raket zərbələri ilə məhv edilsin. Bu əməliyyatı həyata keçirmək üçün iyunun 20-də gecə ABŞ qırıcıları öz bazalarından havaya qalxıb, regiondakı Amerika gəmiləri döyüş mövqeyi tutub. Lakin Tramp əmri son anda geri götürüb. Və Oman üzərindən İrana ultimatum göndərərək bildirib ki, Tehran danışıqlara başlamasa ABŞ hücum edəcək.
Qəzetin yazdığına görə Donald Tramp İranın hərbi obyektlərinə zərbələrin endirilməsi barədə əmrini müşavirləri ilə məsləhətləşmədən verib. Və məlum olub ki, bu məsələdə Tramp “Fox News” telekanalının aparıcısı Taker Karlsonun məsləhətinə qulaq asıb.
“Fox News” Trampın sevimli kanalıdır və ABŞ prezidenti ancaq bu kanaldan eşitdiyi xəbərlərə inanır. Qalan KİV-ləri isə “feyknyus” və “vətən xainləri” adlandırır.
Qəzet yazır ki, teleaparıcı Trampı onun administrasiyasında İrana zərbələr endirməkdə israrlı olan adamların prezidentin maraqlarına uyğun hərəkət etmədiyinə inandırıb. Ona deyib ki, əgər ABŞ İranla müharibəyə başlasa Tramp ikinci müddətə prezident seçilməyi unutmalıdır.
Bu arada Tramp NBC telekanalına müsahibəsində İrana zərbələrin endirilməsi barədə qərarını son anda niyə dəyişdiyini izah edib. O bildirib ki, İranla müharibənin alovlanmasını istəmir. Lakin münaqişə başlasa dünya “heç vaxt görmədiyi miqyasda dağıntıları” izləyəcək.
Trampın bildirdiyinə görə, İrana zərbələrin endirilməsi əməliyyatının başlamasından əvvəl o, mümkün qurbanların sayı barədə informasiya soruşub. Və cavab alıb-zərbələr nəticəsində 10-yə yaxın iranlı həlak ola bilər. Trampın sözlərinə görə, o pilotsuz təyyarəyə görə bu qədər adamın ölməsini doğru saymayıb, çünki söhbət “müqayisəolunmaz itkidən” gedirdi.
ABŞ prezidenti habelə bildirib ki, hazırda Vaşinqtonla Tehran arasında danışıqlar üçün zəmin yoxdur. Bunun səbəbi İranın nüvə silahı əldə etmək cəhdləridir. Trampın sözlərinə görə, əgər İran bu məsələ ilə bağlı danışıqlara getməsə ABŞ onun iqtisadiyyatını dağıdacaq.