Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
17:11 | 5 avqust 2019 | Bazar ertəsi
Məqaləyə 2785 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
ABŞ və Avstraliya silahlanma üzərinə nəzarətin “yeni dövrü”nün artıq yetişdiyini bildiriblər. Hər iki dövlət bunun üçün daha çox ölkəni və silah sistemini əhatə edəcək müvafiq sazişlərin imzalanmasına çağırıb.
Bununla əlaqədar hər il keçirilən, sayca 29-cu ABŞ-Avstraliya məsələhətləşmələrinin sonunda bəyanat qəbul olunub. Tədbirdə ABŞ dövlət katibi Maykl Pompeo, müdafiə naziri Mark Esper, Avstraliyanın xarici işlər naziri Maris Peyn və müdafiə naziri Linda Reynolds iştirak eidb.
İki dövlətin yükəsk nümayəndələrinin çıxışlarında ortaq vurğuladıqları nöqtə “nüvə risklərinin azalması üzrə səylərin artırılması” olub. Tərərflər 2010-cu ilin aprelin 8-də, Barak Obama və Dmitri Medvedev arasında imzalanan “Strateji hücum silahlarının azaldılması və məhdudlaşdırlmsı haqqında” sazişin (SSM-3) müddətinin (2021-ci ildə bitir-red.) uzadılmasının gərəkliliyi üzərində dayanıblar.
Bundan başqa, iki ölkənin təmsilçiləri Rusiya və Çini ABŞ-ın silahlara nəzarət sahəsində, habelə “Nüvə silahının yayılmaması haqqında saziş”in təsirinin artırılması səylərinə qoşulmağa çağırıblar.
Siyasi ekspertlərin müşahidələrinə görə, ABŞ-ın Avstraliyada belə bir bəyanat verməsi təsadüfi deyil. Çünki artıq Rusiyadan sonra rəsmi Çinin də Sakit okean bölgəsində dominantlıq etməyə başlaması rəsmi Vaşinqtonu silahlara nəzarətlə bağlı universal beynəlxalq-hüquqi sistemi və düzəni qurmağa vadar edir.