

Rusiya Qara dəniz Donanmasının «Novoçerkassk» desant gəmisi Novorossiysk limanından Suriyanın Tartus limanına yola düşüb. «İnterfaks»ın yazdığı məlumata görə, yaxın günlərdə gəmi bir neçə dəniz piyada takımı və döyüş texnikası qəbul edib.
Yanvarın birində «Novoçerkassk»-ın Egey dənizinə çıxaraq, Rusiya Qara dəniz donanması döyüş gəmilərinin dəstələri ilə görüşəcəyi gözlənilir.