Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:07 | 3 fevral 2022 | Cümə axşamı
Məqaləyə 1136 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ bu gün fevralın 2-də səhər saatlarında özünün eyni vaxtda üç hava komanda məntəqəsini – “Qiyamət günü” təyyarələrini havaya qaldırıb. Bu barədə Fransanın kəşfiyyat araşdırmaları Mərkəzinin direktoru, fransız kəşfiyyatının keçmiş yüksək vəzifəli əməkdaşı Erik Denese bildirib.
“Bu gün səhər saatlarında ABŞ Silahlı Qüvvələrinin olduqca qeyri-adi fəallığı müşahidə edilib. Üç “E-6B Mercury” – ABŞ Hərbi Dəniz Qüvvələri üçün nüvə cavab zərbəsi çərçivəsində nəzərdə tutulan təyyarələr eyni vaxtda havaya qaldırıldı”, – Denese “RİA Novosti” agentliyinə deyib.
Onun sözlərinə görə, təyyarələrin havaya qaldırıldığını “Flightradar” saytının analitikləri qeydə alıb. Denese deyib ki, bu addım Moskva üçün ABŞ Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində olduğuna dair siqnaldır.
“Boeing E-6B Mercury” təyyarələri ABŞ Hərbi Dəniz Qüvvələrinin sərəncamındadır, “Qiyamət günü” təyyarələri adlanan bu hava komanda məntəqələri nüvə zərbələrinin dəf edilməsi zamanı strateji nüvə qüvvələrini idarə etmək üçün nəzərdə tutulur. Bu təyyarələr adətən ayrı-ayrılıqda hər gün havaya qalxır. Lakin bu dəfə üç təyyarə eyni vaxtda havaya qalxıb. Bununla ABŞ sanki demək istəyir ki, onun bütün silahlı qüvvələri, o cümlədən nüvə qüvvələri döyüşə hazırdır.
“UK Defence Journal” nəşri isə bildirir ki, ötən gün fevralın 1-də ABŞ-ın radioaktiv çirklənmənin monitorinqini aparan “WC-135 Constant Phoenix” təyyarəsi Böyük Britaniya ərazisinə enib. Bu, kifayət qədər nadir hadisədir. Təyyarə əsasən Koreya yarımadası rayonunda uçuşlar keçirirdi, sonuncu dəfə Böyük Britaniyaya ötən ilin avqustunda enmişdi. Təyyarənin hansı məqsədlə Avropaya göndərildiyi bildirilmir.
Xatırladaq ki, bu gün Belarus ərazisində Rusiya-Belarus irimiqyaslı birgə təlimləri başlayıb, bu təlimlər Ukrayna ətrafında situasiyanın xeyli gərgin olduğu bir vaxtda keçirilir. (virtualaz.org)