ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
15:49 | 20 fevral 2022 | Bazar
Məqaləyə 688 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Ukrayna ordusunda çinlilər də döyüşür
ABŞ prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı fevralın 20-də Milli Təhlükəsizlik Şurasının iclasını toplayır. Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, prezident Bayden Ukrayna ətrafında baş verənləri izləməkdə davam edir və onun milli təhlükəsizlik komandası tərəfindən yerlərdə baş verən hadisələrlə bağlı məlumatlar mütəmadi yenilənir. Onlar bir daha təsdiq edirlər ki, Rusiya istənilən vaxt Ukraynaya qarşı hücuma keçə bilər.
Məlumatda həmçinin deyilir ki, Bayden Münhendə keçirilən Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski, NATO-nun baş katibi Yens Stoltenberq, Almaniya kansleri, Baltik ölkələrinin liderləri və başqaları ilə görüşləri barədə məlumatlandırılıb.
Zelenski ilə görüşdə ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukrayna ilə bağlı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib və hücum olacağı təqdirdə Moskvaya məhdudiyyətlərin qoyulmasını dəstəkləyib.
Bayden daha əvvəl bildirmişdi ki, onun məlumatına görə, Rusiya prezidenti Vladimir Putin artıq Ukrayna ilə genişmiqyaslı müharibəyə başlamaq qərarına gəlib. ABŞ prezidentinin sözlərinə görə, işğal zamanı Ukraynanın paytaxtı Kiyevə hücum ola bilər. Moskva isə Ukraynaya hücum hazırlamaqla bağlı bütün ittihamları rədd edir.
ABŞ rəsmiləri və onların müttəfiqləri bir neçə dəfə bildiriblər ki, Rusiya genişmiqyaslı işğala başlayarsa, yeni sərt sanksiyalar paketi ilə üzləşəcək. Ötən ilin dekabrında bu fonda Rusiya ABŞ və NATO qarşısında bir sıra tələblər irəli sürüb - xüsusən də NATO-nun şərqə doğru genişlənməsindən, orta və qısa mənzilli raketlərin və ABŞ nüvə silahlarının Avropada yerləşdirilməsindən imtina etmək.
Hərbi birlik bəzi tələbləri qeyri-real adlandırıb. Yanvarda aparılan danışıqlar nəticəsiz bitib. Tərəflər müzakirəni davam etdirmək barədə razılığa gəliblər.
Gərginliyin artması fonunda yanvarın 20-də Fransa prezidenti də rusiyalı həmkarı ilə Ukrayna ətrafında yaranan gərginliyi müzakirə edəcək.
Bu, qərb liderlərinin Ukrayna yaxınlığında on minlərlə hərbçi yerləşdirən Rusiyanın qonşusuna qarşı tamhüquqlu hücum planlaşdırdığını dediyi vaxta təsadüf edir. Moskva deyir ki, onun heç bir müdaxilə planı yoxdur. Bu arada, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) monitorinq missiyası son günlər Ukraynanın şərqində Ukrayna hərbçiləri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında qeyri-sabit cəbhə xəttində atəşkəs rejiminin pozulmasının “dramatik artdığını” bildirib.
ATƏT-in fevralın 19-da açıqladığı məlumatda bildirilir ki, yalnız bir gündə Donetsk və Luqansk vilayətlərində atəşkəs 1500 də pozulub.
Ukrayna hərbçilərinin verdiyi məlumata görə, fevralın 20-də atəşkəs pozuntusu davam edib.