
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
Qərb liderlərinin Moskvanı ciddi nəticələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqində separatçıların nəzarətində olan iki regiona ordu yeridib. Putin fevralın 21-də Donetsk və Luqanskın müstəqilliyini tanımaqla bağlı qərarını elan edib, daha sonra ordu yeridilməsi haqda fərman imzalayıb. Bu addım Qərb liderləri tərəfindən dərhal pislənilib.
Fərmanlar dərhal qüvvəyə minib.
Putinin aylardır Ukrayna ilə sərhədə döyüş qüvvələri yığması Birləşmiş Ştatlar və Avropanın diplomatik addımları gücləndirməsinə səbəb olmuşdu. Onlar Rusiya liderini qonşusunu işğal etməkdən çəkindirməyə çalışırdılar.
ABŞ-ın Dövlət katibi Entoni Blinken Putinin regionları tanımaq qərarını “Ukraynanın suverenliyi və ərazi bütövlüyünə aşkar hücum” adlandırıb, bunun “Rusiyanın diplomatiyaya sadiqlik iddialarına birbaşa zidd olduğunu” vurğulayıb.
Putinin qərarından sonra Qərb liderləri yenidən zəngləşməyə başlayıblar. ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski, Almaniyanın Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makronla birgə reaksiyanı götür-qoy edib.
Fevralın 22-də əlavə sanksiyalar açıqlanacaq
Ağ Ev Ukraynanın şərqindəki iki regiona ticarət və investisiya sanksiyaları qoyduğunu, fevralın 22-də əlavə tədbirlərin açıqlanacağını bildirib.
Amma Ağ Ev Rusiyanın özünə hər hansı sanksiya bəyan etməyib. ABŞ administrasiyasının aparıcı rəsmisinin sözlərinə görə, Ağ ev belə bir qərar verməzdən öncə Rusiya ordusunun hərəkətlərini öyrənəcək.
Rusiya fevralın 22-də səhərədək Ukrayna ətrafına yığdığı 150 minədək qoşunun hansısa hissəsini iki regiona yönəltməyib.
Sərhəd məsələsi
Separatçıların liderləri Donetsk və Luqansk vilayətlərini bütünlükdə öz əraziləri hesab etsələr də, yalnız müəyyən hissələrə nəzarət edirlər. Putin bu iki regionda tanıdığı sərhədləri açıqlamayıb. Bu məsələ Qərbin Rusiyaya sanksiya tətbiqi üçün vacib element sayılır.
Ağ ev dəfələrlə bildirib ki, Rusiya Ukrayna ərazisinə daha çox girərsə, ağır iqtisadi cərimələr tətbiq edər. ABŞ-ın aparıcı rəsmisi eyham vurub ki, separatçıların nəzarətində olan regionlara Rusiya əsgərlərinin yerləşdirilməsi yeni işğal sayılmaya bilər, çünki Rusiya hərbçiləri illərdir həmin ərazilərdədir.
Federasiya Şurası sənədlərə bu gün baxacaq
Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının sədr müavini Andrey Klimov deyib ki, Moskva separatçıların əlində olan əraziləri tanıyacaq.
Onun sözlərinə görə, Federasiya Şurası fevralın 22-də iki regionun müstəqilliyinin tanınması ilə bağlı sənədləri nəzərdən keçirəcək.
2014-cü ilin fevralında Ukraynanın Rusiyapərəst prezidenti Viktor Yanukoviç devriləndən sonra Rusiya Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb, onlara pul, silah, əsgər göndərib. Son səkkiz ildə münaqişədə 13 min 200-dən çox insan öldürülüb.
Ukrayna və Rusiya “Minsk sazişləri” adlı iki sənəd imzalayıblar. Amma bu sənədləri tərəflər fərqli təqdim ediblər. Rusiya iki region üçün geniş muxtariyyət, Ukraynanın xarici siyasət qərarlarına, o cümlədən NATO üzvlüyünə veto hüququ istəyib. Kiyev isə bunu rədd edib.