Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:01 | 22 fevral 2022 | Çərşənbə axşamı
Məqaləyə 699 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ Ukrayna prezidenti Vladimir Zelenskini paytaxt Kiyevi tərk edib təhlükəsizlik nöqteyi-nəzərindən ölkənin qərbindəki Lvov şəhərinə yerləşməyə çağırıb. Bu barədə fevralın 22-də ABC telekanalı öz mənbələrinə istinadən bildirir.
Bundan əvvəl NBC telekanalının şərhçisi Riçard Endjel də ABŞ administrasiyasının Ukrayna prezidentinin “Rusiyanın hərbi müdaxiləsi təhlükəsi qarşısında” Lvova yerləşməsini müzakirə etdiyini bildirib. Situasiya ilə tanış olan iki mənbə bu haqda deyib ki, plana əsasən Rusiya Donbassla kifayətlənməyib Ukraynanın içərilərinə doğru irəliləsə Zelenski Lvova getməlidir.
Zelenskinin mətbuat katibi isə bildirib ki, Ukrayna və ABŞ prezidentləri arasında son telefon danışığı zamanı onun Kiyevdən Lvova mümkün gedişi müzakirə olunmayıb. Mətbuat katibi belə müzakirələrin daha aşağı ranglı məmurlar arasında aparılması barədə heç nə bilmədiyini deyib.
***
Bu arada, Ukrayna prezidenti Vladimir Zelenski “xalq respublikalarını” tanıdığına görə Rusiya Federasiyasına qarşı təcili sanksiyaların tətbiqinin zəruriliyini qeyd edib.
“Avropa və dünya 2008-ci ildə Gürcüstanda yol verilən o faciəli səhvlərin təkrarlanmasına imkan verə bilməz. Biz Ukraynaya qarşı növbəti təcavüz aktına görə dərhal sanksiyaların tətbiq edilməsinin zəruriliyi barədə razılığa gəlmişik. Bu sanksiyalara “Şimal axını 2”nin tamamilə dayandırılması daxil edilməlidir”, - Zelenski çərşənbə axşamı Kiyevdə Estoniya prezidenti Alar Karis ilə birgə brifinqdə bildirib.