Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:57 | 19 fevral 2022 | Şənbə
Məqaləyə 345 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ Rusiyanın Ukraynanın NATO-ya üzvlüyünə qadağa qoyulması tələbini rədd edib. ABŞ-ın bu tələbi rədd etməsi Rusiyanın Ukraynanı işğal edə biləcəyi ilə narahatlıqları fonunda baş verir.
Dövlət katibi Entoni Blinken deyib ki, onlar Ukraynanın NATO-ya üzvlük məsələsi ilə bağlı tələbini rədd ediblər, amma Rusiyaya göndərilən məktubda yaranmış böhranın həlli yollarını da göstəriblər,
Rusiya NATO-nun hərbi ittifaqının genişləndirilməsi və bununla bağlı təhlükəsizlik məsələləri ilə bağlı tələblərinin yazılı siyahısını açıqlamışdı. Siyahıya NATO-nun Ukrayna və digərlərinin alyansa qoşulma ehtimalını istisna etməsi tələbi də salınıb.
ABŞ-ın Rusiyaya cavab sənədi ictimaiyyətə açıqlanmayacaq.
Blinkenin sözlərinə görə, Moskvaya təhvil verilən məktub rəsmi danışıqlar sənədi və konkret təkliflər deyil, ancaq Rusiya buna əməl etmək istəsə, yaranmış böhranın həlli yolunu göstərir.
Rusiyalı bir nazir deyib ki, ölkəsi NATO ilə koordinasiyalı şəkildə cənab Blinkenin məktubunu təhlil edəcəklər.
Bir müddətdir ki, Rusiya Ukrayna sərhədində çoxlu sayda qoşun toplayır - Qərb ölkələri bunu mümkün işğala hazırlıq kimi görür, Rusiya isə inkar edir.
Entoni Blinken deyib ki, ABŞ-ın cavabı Ukraynanın suverenliyi və NATO kimi təhlükəsizlik alyanslarının bir hissəsi olmaq hüququ da daxil olmaqla, onun “əsas prinsiplərini” aydın şəkildə göstərib.
“Söhbət diplomatiyaya gəldikdə bizim məqsədimizin ciddiliyinə şübhə olmamalıdır və biz Ukraynanın müdafiəsini gücləndirmək və Rusiyanın gələcək təcavüzünə birgə sürətli cavab hazırlamaq üçün eyni diqqət və güclə hərəkət edirik,” - ABŞ rəsmisi vurğulayıb.
Blinkenin dediyi kimi, sənəddə ABŞ-ın, onun müttəfiqlərinin və tərəfdaşlarının Rusiyanın təhlükəsizliyinə xələl gətirən hərəkətləri ilə bağlı narahatlıqlarının siyahısı, Rusiyanın ifadə etdiyi narahatlıqların “prinsipial və praqmatik” qiymətləndirilməsi, habelə ABŞ-ın əks təklifləri var. Vaşinqtonda hər iki tərəfin həmin təkliflərlə bağlı ortaq məxrəcə gələ biləcəyinə inanırlar.
“İndi Rusiyanın necə cavab verəcəyinə qərar verməsi qalır, - deyə o əlavə edib, - hər bir halda hazırıq”.
Dövlət katibi bildirib ki, ABŞ bu həftə üç hərbi yardım göndərib, - o cümlədən “Javelin raketləri, zireh əleyhinə silahlar, yüzlərlə ton sursat və avadanlıq”.
Cənab Blinken, həmçinin ABŞ və onun avropalı müttəfiqləri arasında hər hansı fikir ayrılığını inkar edib. O, həmçinin bildirib ki, NATO onların təkliflərini “tam şəkildə gücləndirən” təkliflər toplusunu hazırlayıb. “Konfidensial danışıqlar üçün yer ayırsaq, diplomatiyanın uğur qazanmaq üçün ən yaxşı şansı var,” - deyə ABŞ dövlət katibi bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyansın sənədi də Moskvaya çatdırılıb və o, Rusiyanın narahatlıqlarını dinləməyə hazır olsa da, bütün dövlətlərin öz təhlükəsizlik tədbirlərini seçmək hüququ var.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə çərşənbə günü NATO-nun Rusiya sərhədləri yaxınlığında mövcudluğunu gücləndirməsi ilə bağlı suala cavabında Stoltenberqin “reallıqla əlaqəni itirdiyini” deyib.
Bu arada, Avropa İttifaqı Şurasının Prezidenti Çarls Miçel deyib ki, “Ukraynaya qarşı təhlükə Avropaya qarşı təhlükədir,” – “Reuters” yazır.
“Bizim ümid etdiyimiz deskalasiyanı diplomatik yolla dəstəkləmək öhdəliyimizin səbəbi budur. Düşünürük ki, bütün səylər müxtəlif diplomatik yollarla göstərilməlidir,” - cənab Miçel vurğulayıb.