Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:20 | 23 fevral 2022 | Çərşənbə
Məqaləyə 883 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla fevralın 24-nə planlaşdırılan görüşdən imtina edib. Blinken bu qərarını çərşənbə axşamı Vaşinqtonda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib və görüşdən imtina səbəbini “indi mənası yoxdur” şəklində şərh edib. Həmçinin Ağ Evin mətbuat katibi Cen Psaki açıqlayıb ki, Rusiya Prezidenti Putin və ABŞ Prezidenti Biden arasında əvvəllər müzakirə edilən görüş də gündəmdə deyil.
Avropa İttifaqı (Aİ) Donetsk və Luhansk-ın tanınmasına cavab olaraq, Rusiya Dövlət Dumasının 351 deputatına qarşı sanksiya tətbiq edib, bunu Fransa xarici işlər naziri Jan-Yves Le Drian və avropalı diplomat Cosef Borrel bəyan ediblər.
Diplomatlar bildiriblər ki, Aİ-yə üzv ölkələr özlərini müstəqil elan etmiş Donbas və Luqansk respublikalarını tanınmasına görə Rusiyaya qarşı sanksiyaları yekdilliklə təsdiqləyib.
Fevralın 15-də Rusiya Dövlət Dumasının 351 deputatı DXR və LXR-nin tanınması təklifi ilə Prezident Vladimir Putinə müraciətə səs verib. Dövlət Duması DXR və LXR-ni tanımasını Rusiya Xarici İşlər Nazirliyindən yox, birbaşa Putindən istəyib.
Sanksiyalar daha kimləri hədəf alır?
Borrell həmçinin açıqlayıb ki, Aİ Dövlət Dumasının 351 deputatıyla yanaşı, həm də 27 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Bu şəxslər “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmaqda və ya təhdid etməkdə rol oynayır”, - Borrel deyib.
Onun sözlərinə görə, sanksiyalar Rusiyanın Donbassdakı əməliyyatlarını maliyyələşdirən qurumları, həmçinin Rusiyanın “qərar qəbul edənlərini” və müdafiə sektorunun nümayəndələrini maliyyələşdirən bankları da hədəfə alacaq.
Avropalı diplomatın sözlərinə görə, Rusiyanın Aİ-nin maliyyə və kapital bazarlarına çıxışını məhdudlaşdırmaq barədə də qərar qəbul edilib.
Avropa diplomatiyasının rəhbəri “Milanda daha çox alış-verişə, Saint Tropezdə əyləncələrə, Antverpendə brilyantlara ehtiyac yoxdur” deyib, lakin onun bu tviti tezliklə silinib.
Fransanın xarici işlər naziri Le Drian da öz növbəsində bildirib ki, Aİ xarici işlər nazirləri Ukraynanın şərqində özünü elan etmiş Donbas respublikalarının tanınması ilə bağlı “birinci sanksiyalar paketi ilə bağlı yekdilliklə razılaşıblar”.
“Bu tədbirlər Rusiyaya zərbə vuracaq və ağır zərbə vuracaq”, - Borrell mətbuat konfransında deyib.
Daha əvvəl bildirilmişdi ki, Aİ-nin sanksiya siyahısına DXR və LXR ilə sazişləri ratifikasiya etmiş Dövlət Dumasının deputatları, özünü elan etmiş respublikaların tanınmasını dəstəkləyən bir sıra məmurlar, habelə Rusiya hakimiyyətinə maliyyə bazarlarına və Aİ xidmətlərinə giriş imkanı verən bir neçə bank daxil olacaq.