Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:26 | 23 fevral 2022 | Çərşənbə
Məqaləyə 890 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Bu arada, ABŞ-ın “The New York Times” nəşri ABŞ Prezidenti Co Baydenin Rusiyaya qarşı nəzərdə tutduğu iqtisadi təzyiqlərin effektivliyi məsələsini gündəmə gətirib. Qoyulan sualı cavablandıran ekspertlər Ağ Ev rəhbərinin sanksiya siyasətinin uğurlu olmayacağını düşünürlər.
"Rusiya hökuməti gələcək sanksiyaların ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün uzun illərdir maliyyə və büdcənin restrukturizasiyası işlərini həyata keçirir. Bu işdə Moskvaya neft və qaz qiymətlərinin yuxarı olması kömək edib. Hazırda Rusiyanın xarici borcu çox aşağıdır.
Bundan əlavə, 2014-cü illə müqayisədə indi Kremlin xarici maliyyə institularından kredit götürməyə elə də ehtiyacı yoxdur. Ən vacib məqam isə ondan ibarətdir ki, Rusiyanın xarici valyuta ehtiyatı 631 milyard dollar səviyyəsindədir. Bununla da rəsmi Moskva dünyanın ən çox xarici rezervə malik 4-cü ölkəsidir," - qəzet yazır.
Məqalə müəllifləri onu da əlavə edib ki, ciddi iqtisadi geriləmə Vladimir Putinin siyasi mövqeyini laxlada bilər.
Lakin ABŞ və onun avropalı müttəfiqlərinin Kremlə qarşı daha ağır sanksiyalar tətbiq edəcəyi inandırıcı deyil. Çünki bu yolla onlar həm də öz iqtisadiyyatlarına zərbə vura bilərlər. Bu arada Kanada, Avstraliya və Yaponiya da Rusiyaya sanksiyalar tətbiq edib.
Kanada Rusiyanın iki dövlət bankına (bankların adı açıqlanmır) sanksiya tətbiq edib. Bu ölkə həmçinin öz vətəndaşlarına və şirkətlərinə Donetsk və Luqanskla "hər hansı maliyyə əməliyyatlarında iştirak etməməyi və Rusiyanın dövlət borclarının alınmasında iştirak etməyi" qadağan edib.
Yaponiya hökuməti isə Rusiyanın aktivlərini donduracağını və bir sıra Rusiya vətəndaşlarına viza verilməsini qadağan edəcəyini açıqlayıb.
Avstraliya isə Rusiya Təhlükəsizlik Şurasının 8 üzvünə şəxsi maliyyə sanksiyaları və ölkəyə giriş qadağası tətbiq edib.