Hörmüzü təhdid edən baza vuruldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
19:58 | 23 fevral 2022 | Çərşənbə
Məqaləyə 963 dəfə baxılıb
Şriftin ölçüsü
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
“Blokadanızı donanmamızla yararıq”
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Moskva Birləşmiş Ştatların Rusiya üzərinə qoyduğu sanksiyalara acıqlı reaksiya verib. Fevralın 22-də ABŞ prezidenti Co Bayden Rusiya bankları və fiziki şəxsləri üzərinə sanksiyaları elan etmişdi.
Rusiya Xarici İşlər Nazirliyi fevralın 23-də verdiyi bəyanatda bildirib ki, Moskva bu sanksiyalara sərt cavab verəcək:
“Heç şübhə olmasın ki, bu sanksiyalara, ola bilsin heç də simmetrik olmayan, Amerika tərəfi üçün ağrılı olmasına hesablanmış cavab veriləcək”.
Rusiyaya sanksiyalar artır
Kanada, Yaponiya və Avstraliya hökumətləri də Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki separatçı “DXR” və “LXR” qurumlarını tanımasına görə Moskvaya sanksiyalar tətbiq edib.
Kanadanın Baş naziri Castin Trüdo Rusiyaya qarşı iqtisadi sanksiyaların ilk paketini açıqlayıb. Hökumət Kanada vətəndaşları və şirkətlərinə “DXR” (“Donetsk Xalq Respublikası”) və “LXR”də (“Luqansk Xalq Respublikası”) hər hansı maliyyə əməliyyatı aparmağı, Rusiyadan suveren borc istiqrazlarının alqı-satqısını qadağan edir.
Duma üzvləri, maliyyə sanksiyaları
Qondarma “respublikalar”ın müstəqilliyinin tanınmasına səs vermiş Dövlət Duması üzvlərinin hamısına sanksiya tətbiq edilir.
Kanada həmçinin adlarını açıqlamasa da, iki dövlət bankına sanksiya qoyulduğunu, onlarla maliyyə tranzaksiyalarının qadağan edildiyini bildirir.
Yaponiyanın Baş naziri Fumio Kisida Rusiyanı “Ukrayna ətrafında vəziyyətin tənzimlənməsi üçün diplomatik addımlara qayıtmağa” çağırıb. Onun sözlərinə görə, “LXR” və “DXR”in müstəqilliyinin tanınması “Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır”.
Kisida qondarma “respublika” təmsilçilərinə viza verilməyəcəyini, onların kapitalının dondurulacağını, “DXR” və “LXR” ilə ixrac-idxalın və Yaponiyada Rusiya istiqrazlarının qadağan ediləcəyini bildirib.
Avstraliyanın Baş naziri Skot Morrison da Rusiyaya sanksiyaları açıqlayıb. Təhlükəsizlik Şurasının səkkiz üzvünə şəxsi maliyyə sanksiyaları və səyahət qadağası tətbiq ediləcək. Rusiyanın ilhaq etdiyi Krıma və Sevastopola qarşı qüvvədə olan sanksiyalar isə “DXR” və “LXR”ə də şamil olunacaq.
Artıq Britaniya və ABŞ da sanksiyalarını açıqlayıb. Almaniya “Şimal axını-2” qaz kəmərinin sertifikasiyasını dayandırıb.
Avropa İttifaqı Dövlət Dumasının 351 deputatına, 27 hüquqi və fiziki şəxsə sanksiya tətbiq edəcək.
Putin fevralın 21-də Ukraynanın şərqində iki separatçı region müstəqil dövlətlər kimi tanıyıb, oraya qoşun yeridəcəyini bəyan edib. Kiyev, BMT, Qərb, digər ölkələr bu addımları pisləyiblər.