Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:53 | 24 fevral 2022 | Cümə axşamı
Məqaləyə 1168 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları fevralın 23-dən qüvvəyə minib. Rusiyanın Ukraynaya təcavüzünə görə qoyulan bu sanksiyalar Rusiyada Ukraynanın “ərazi bütövlüyünü hədələyən” 27 fərd və vahidi hədəfləyir.
Sanksiyalar müdafiə naziri Sergey Şoyquya, prezident Vladimir Putinin yüksək vəzifəli müşavirlərindən birinə və qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyinin tanınmasına səs vermiş 351 Duma deputatına qoyulur.
Sanksiya siyahısına salınanların Avropadakı aktivləri dondurulur və onların ittifaq ərazisinə səfərləri qadağan edilir.
Aİ bildirib ki, ehtiyatda yenə də sərt sanksiyalar saxlayır və əgər Putin Rusiya qoşunlarını Ukraynanın dərinliklərinə yeridərsə, bu cəza tədbirinə də əl atılacaq.
Almaniyanın xarici işlər naziri Annalena Berbok Aİ sanksiyalarını “yalnız ilk addım” adlandırıb və deyib ki, bunun ardınca yeni sanksiyalar gəlir.
Aİ bildirib ki, Şoyqunun üzərinə sanksiyalar onun qanunsuz ilhaq edilmiş Krımda Rusiya qoşunlarının təlimlərinə və qoşunların Ukrayna sərhədləri yaxınlığında yerləşdirilməsinə komandanlıq etdiyinə görə qoyulur.
Bu da əlavə edilir ki, Ukrayna ərazisində baş verən bütün hərbi əməliyyatlara görə Sergey Şoyqu da şəxsən məsuliyyət daşıyır.
Putin administrasiyasının rəhbəri Anton Vaynonun üzərinə sanksiyalar Kremlin qərarları qəbuletmə prosesində iştirakına və “Putinin düşüncəsinə təsir göstərdiyinə” görə qoyulur.
Sanksiyalar habelə Rusiya silahlı qüvvələrini maliyyələşdirən bankları hədəfləyir.
Bu bankların Avropa İttifaqının kapital və maliyyə bazarlarına girişi qadağan edilir.
Bayden “Şimal axını 2”yə sanksiya qoyur
Birləşmiş Ştatlar Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməli olan Şimal Axını 2 kəmərinə və onun rəhbərliyinə sanksiya qoyduğunu bəyan edib.
Prezident Co Baydenin fevralın 23-də verdiyi bəyanatda deyilir ki, sanksiyalar Rusiyanın Ukraynaya təcavüzünə və Ukrayna ərazisindəki iki qondarma separatçı bölgəni müstəqil dövlətlər kimi tanımasına görə qoyulur.
Almaniya əvvəllər ABŞ-ın bu qaz kəmərinə sanksiya qoymasına qarşı çıxırdı.
Buna baxmayaraq Almaniya kəmərə lisenziya verilməsi prosesini dayandırmışdı.