Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:07 | 14 mart 2022 | Bazar ertəsi
Məqaləyə 1159 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Rusiyanın Çindən Ukraynadakı müharibə üçün hərbi və iqtisadi yardım istədiyi bildirilib. Bu haqda məlumatı media bazar günü, Ağ Evin Pekinin Moskvanın sanksiyalardan yayınmasına yardım edəcəyi təqdirdə ciddi “nəticələrlə” üzləşəcəyi xəbərdarlığından bir neçə saat sonra xəbər verib.
ABŞ rəsmilər mediaya bildiriblər ki, Rusiya əsas müttəfiqindən hərbi texnika və dəstək istəyib.
“New York Times” da anonim rəsmilərə istinadən Moskvanın Qərb dünyasının əksəriyyətinin ona qarşı tətbiq etdiyi sarsıdıcı sanksiyalara qarşı Pekindən iqtisadi yardım istədiyini yazıb.
Rəsmilər Rusiyanın dəqiq nə tələb etdiyini və ya Çinin cavab verib-vermədiyini açıqlamaqdan imtina edib.
Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsindən məsələ barədə soruşduqda, “Mən bu barədə heç nə eşitməmişəm” deyib.
Bu barədə məlumat Ağ Evin ABŞ nümayəndə heyətinin bazar ertəsi Romada Çinin yüksək səviyyəli rəsmisi ilə görüşəcəyini elan etməsindən bir neçə saat sonra gəlib.
Milli Təhlükəsizlik müşaviri Cek Sallivan və Çin Kommunist Partiyasının baş diplomatı Yan Tseçi ölkələrimiz arasında rəqabəti idarə etmək üçün davam edən səyləri və Rusiyanın Ukraynaya qarşı müharibəsinin regional və qlobal təhlükəsizliyə təsirini müzakirə edəcək, - deyə, Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn açıqlamasında bildirib.
Pekin Moskvanı işğala başlamasına görə birbaşa qınamaqdan imtina edib və dəfələrlə Rusiya ilə Ukrayna arasında gərginliyin artmasına görə NATO-nun “şərqə doğru genişlənməkdə” günahlandıraraq, Kremlin şikayətini təkrarlayıb.
Sallivan bazar günü bir neçə kanala verdiyi müsahibəsində Ağ Evin Çinin sanksiyaların təsirindən yayınması üçün Rusiyaya maddi və ya iqtisadi dəstək verib-vermədiyini “yaxından izlədiyini” deyib.
Moskvanın beynəlxalq qınaqlarına baxmayaraq, Pekin keçən həftə Rusiya ilə dostluğunun “möhkəm” olaraq qaldığını və müharibənin sona çatmasına vasitəçilik etməyə hazır olduğunu bildirib.